Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Fərman imzaladı: xüsusi iqtisadi tədbirlər uzadıldı

© Sputnik / Илья ПиталевVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
2022-ci ilin martından qüvvədə olan məhdudiyyətlər sənayenin təhlükəsizliyini və düzgün işləməsini təmin etmək üçün sanksiyalara cavab olaraq tətbiq edilib.
BAKI, 20 iyul — Sputnik. Rusiyada məhsul və xammalın idxalı və ixracı ilə bağlı xüsusi iqtisadi tədbirlər 2025-ci ilin sonuna qədər uzadılıb. Bununla bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fərman imzalayıb.
Məhdudiyyətlər 2022-ci ilin martından qüvvədədir. Onlar sənayenin təhlükəsizliyini və düzgün işləməsini təmin etmək üçün sanksiyalara cavab olaraq tətbiq edilib.
Fərman çərçivəsində hökumət xaricdən Rusiya Federasiyasına gələn 200-dən çox mal və avadanlıqların ölkədən çıxarılmasını dayandırıb. Onların arasında telekommunikasiya, tibbi avadanlıq, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və s. var.
Qadağa şəxsi istifadə üçün sərhəddən keçirilən məhsullara şamil edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0