Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin Kiyevin Rusiyada təşkil etdiyi terror aktlarına göz yumması təzə xəbər deyil

© AP PhotoKrım körpüsü
Krım körpüsü - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı Qərbin hələ də Krım körpüsündə yeni terror aktını pisləmədiyini deyib.
BAKI, 19 iyul — Sputnik. Kollektiv Qərb Kiyevin Rusiyada təşkil etdiyi istənilən terror aktına göz yummağa hazırdır.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı Qərbin hələ də Krım körpüsündə yeni terror aktını pisləmədiyini şərh edərkən deyib.
"Kollektiv Qərb Kiyev rejiminin ölkəmizdə təşkil etdiyi istənilən terror aktına göz yummağa hazırdır. Bu, təzə xəbər deyil, əvvəllər də belə olub və bundan sonra da belə olacaq. Biz bunu çox gözəl başa düşürük", - deyə Peskov bildirib.
Milli Antiterror Komitəsi bundan əvvəl Kiyevin iyulun 17-də səhər saat üçdə iki yerüstü pilotsuz uçuş aparatından istifadə etməklə Krım körpüsündə terror aktı həyata keçirdiyini bildirmişdi. Nəticədə evli cütlük - Belqorod vilayətinin sakinləri həlak olublar, onların azyaşlı qızı isə yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0