https://sputnik.az/20230719/abs-in-ukrayna-kend-teserrufatina-pul-ayirmasi-qerari-saxtakarliqdir-456941737.html
ABŞ-ın Ukrayna kənd təsərrüfatına pul ayırması qərarı saxtakarlıqdır
ABŞ-ın Ukrayna kənd təsərrüfatına pul ayırması qərarı saxtakarlıqdır
Sputnik Azərbaycan
ABŞ Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı qərarından sonra Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün əlavə 250 milyon dollar ayıracağını açıqlayıb. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T20:42+0400
2023-07-19T20:42+0400
2023-07-19T20:42+0400
mariya zaxarova
rusiya
ukrayna
abş
putin
vladimir putin
swift
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_0:0:3089:1737_1920x0_80_0_0_943c9aacec60be0bf8157d04dcacbbeb.jpg
BAKI, 19 iyul — Sputnik. ABŞ-ın Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün pul vermək qərarı saxtakarlıqdır, onlar Ukraynada torpaqları olan öz şirkətləri üçün külli miqdarda vəsait ayırırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna açıqlamasında deyib. Qeyd edək ki, ABŞ Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı qərarından sonra Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün əlavə 250 milyon dollar ayıracağını açıqlayıb. Zaxarova bildirib ki, Ukraynada bütün kənd təsərrüfatı uzun müddətdir ki, qərblilərin mülkiyyətindədir. O, qeyd edib ki, Qərb şirkətləri Ukraynada torpaq sahibidir, bütün ərzaq əməliyyatlarına nəzarət edir, bütün xarici prosesləri idarə edir. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur, əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının tədarükünün bərpası, ehtiyat hissələri və xidmətlər, Toliyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlərdir. Moskvada qeyd edib ki, paket sazişinin bu hissəsi həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_74:0:2805:2048_1920x0_80_0_0_3af91e9ab3660abcf22caf4962328725.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, ukrayna, abş, putin, vladimir putin, swift
mariya zaxarova, ukrayna, abş, putin, vladimir putin, swift
ABŞ-ın Ukrayna kənd təsərrüfatına pul ayırması qərarı saxtakarlıqdır
ABŞ Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı qərarından sonra Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün əlavə 250 milyon dollar ayıracağını açıqlayıb.
BAKI, 19 iyul — Sputnik. ABŞ-ın Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün pul vermək qərarı saxtakarlıqdır, onlar Ukraynada torpaqları olan öz şirkətləri üçün külli miqdarda vəsait ayırırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna açıqlamasında deyib.
Qeyd edək ki, ABŞ Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı qərarından sonra Ukraynaya kənd təsərrüfatını dəstəkləmək üçün əlavə 250 milyon dollar ayıracağını açıqlayıb.
Zaxarova bildirib ki, Ukraynada bütün kənd təsərrüfatı uzun müddətdir ki, qərblilərin mülkiyyətindədir.
O, qeyd edib ki, Qərb şirkətləri Ukraynada torpaq sahibidir, bütün ərzaq əməliyyatlarına nəzarət edir, bütün xarici prosesləri idarə edir.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur, əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının tədarükünün bərpası, ehtiyat hissələri və xidmətlər, Toliyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlərdir. Moskvada qeyd edib ki, paket sazişinin bu hissəsi həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.