Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna SQ-nın yavaş hücum tempi Qərbdə narahatlıq yaradır

© AP Photo / Bernat ArmangueUkrayna SQ
Ukrayna SQ - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Zelenskinin müttəfiqləri Ukrayna ordusunun imkanlarına şübhə etməyə başlayırlar.
BAKI, 18 iyul — Sputnik. Qərbdə Ukrayna ordusunun Rusiya Silahlı Qüvvələrinin (RSQ) müdafiə xəttinə kifayət qədər güclü zərbə endirməsi və vəd edilmiş məqsədlərə çatması ehtimalına şübhə etməyə başlayırlar.
Bu barədə ABŞ-ın "Vaşinqton Post" nəşri yazıb.
"600 mil təmas xəttinin üç əsas istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) yavaş hücum tempi Qərbdə Zelenski hökumətinin bacardığı qədər güclü zərbə endirə bilməyəcəyi ilə bağlı narahatlıqlara səbəb olub", - məqalə müəllifləri qeyd edib.
Nəşr onu da yazıb ki, Ukrayna Silahlı Qüvvələri NATO təlimatçıları tərəfindən ukraynalı hərbçilərin hazırlanmasına və Qərbin minatəmizləmə sistemlərinin tədarükünə baxmayaraq, hücumda uğursuzluqlara düçar olurlar.
"Der Tagesspiegel" nəşri qeyd edir ki, Ukrayna qoşunları ümumi hərbi əməliyyatları həyata keçirə bilmədikləri üçün hücum zamanı ağır itkilər verirlər, lakin USQ-nın döyüşçüləri özləri böyük itkilərin səbəbini Ukrayna texnikasını "mobil tabutlara" çevirən Rusiyanın tank əleyhinə sistemlərinin və hücum dronlarının dəqiqliyi ilə izah edirlər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vəd edilən hücumun əvvəlindən iyulun 11-dək Ukrayna qoşunları 26 mindən çox hərbçi və muzdlu, o cümlədən Qərb modeli də daxil olmaqla üç minə yaxın hərbi texnika itiriblər.
Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, Zelenskinin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyə davam edə bilər, lakin Ukraynanın səfərbərlik ehtiyatı sonsuz deyil.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0