https://sputnik.az/20230718/rusiyada-ekstremizmi-teblig-edenler-bes-iledek-azadliqdan-mehrum-edile-bilerler-456909850.html
Rusiyada ekstremizmi təbliğ edənlər beş ilədək azadlıqdan məhrum edilə bilərlər
Rusiyada ekstremizmi təbliğ edənlər beş ilədək azadlıqdan məhrum edilə bilərlər
Sputnik Azərbaycan
Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan... 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T14:44+0400
2023-07-18T14:44+0400
2023-07-18T14:44+0400
azadlıq
rusiya
dövlət duması
rusiya federasiyası dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170744_0:0:3072:1728_1920x0_80_0_0_01c6fd628964bcab1458e3b2a6ba2b0d.jpg
BAKI, 18 iyul — Sputnik. Rusiyada ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə cəzalar sərtləşdirilir. Bunu ölkənin Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev Telegram kanalındakı hesabında yazıb. O bildirib ki, həmin şəxslərə beş ilədək həbs cəzası verilə bilər. Komitə sədrinin sözlərinə görə Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan dəyişiklik layihəsi təqdim ediblər: "Həmkarlarımla birlikdə biz Cinayət Məcəlləsinə ekstremizm ideologiyasının təbliğinə və əsaslandırılmasına görə məsuliyyətə dair düzəlişi Dövlət Dumasının müzakirəsinə təqdim etdik. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinə (ictimai çağırışlar) dəyişiklik edilməsi təklif olunur. Məsuliyyət, həmçinin ekstremizmin ictimai əsaslandırılması və ya təbliği ilə ekstremist fəaliyyətə çağırışa görə məsuliyyət daşıyacaq. Bu maddə 300 min rubla (3 min dollar ) qədər cərimə və beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur". Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin hazırda qüvvədə olan maddəsinə əsasən, ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə 100 min (1100 dollar) rubldan, 300 min rubla qədər cərimə və ya 1 ildən 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170744_341:0:3072:2048_1920x0_80_0_0_b37b8d6d89ffc595fcfa6264b61e2f60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azadlıq, dövlət duması, rusiya federasiyası dövlət duması
azadlıq, dövlət duması, rusiya federasiyası dövlət duması
Rusiyada ekstremizmi təbliğ edənlər beş ilədək azadlıqdan məhrum edilə bilərlər
Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan dəyişiklik layihəsi təqdim edilib.
BAKI, 18 iyul — Sputnik. Rusiyada ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə cəzalar sərtləşdirilir.
Bunu ölkənin Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev Telegram kanalındakı hesabında yazıb.
O bildirib ki, həmin şəxslərə beş ilədək həbs cəzası verilə bilər.
Komitə sədrinin sözlərinə görə Dövlət Dumasına Rusiya Cinayət Məcəlləsində ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə beş ilədək həbs cəzası verilməsini nəzərdə tutan dəyişiklik layihəsi təqdim ediblər:
"Həmkarlarımla birlikdə biz Cinayət Məcəlləsinə ekstremizm ideologiyasının təbliğinə və əsaslandırılmasına görə məsuliyyətə dair düzəlişi Dövlət Dumasının müzakirəsinə təqdim etdik. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinə (ictimai çağırışlar) dəyişiklik edilməsi təklif olunur. Məsuliyyət, həmçinin ekstremizmin ictimai əsaslandırılması və ya təbliği ilə ekstremist fəaliyyətə çağırışa görə məsuliyyət daşıyacaq. Bu maddə 300 min rubla (3 min dollar ) qədər cərimə və beş ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur".
Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin hazırda qüvvədə olan maddəsinə əsasən, ekstremizm ideologiyasının təbliği və əsaslandırılmasına görə 100 min (1100 dollar) rubldan, 300 min rubla qədər cərimə və ya 1 ildən 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.