https://sputnik.az/20230718/rusiyada-besinci-nesil-qiricilarin-tedarukunun-artirilmasi-planlasdirilir--456923349.html
Rusiyada beşinci nəsil qırıcıların tədarükünün artırılması planlaşdırılır
Rusiyada beşinci nəsil qırıcıların tədarükünün artırılması planlaşdırılır
Sputnik Azərbaycan
Rusiya beşinci nəsil qırıcıların istehsalını artırmağa qərar verdi
2023-07-18T23:55+0400
2023-07-18T23:55+0400
2023-07-19T10:55+0400
mixail mişustin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440896609_0:52:2942:1707_1920x0_80_0_0_215fd377823c20461a4cba1c8625f5b8.jpg
BAKI, 18 iyul — Sputnik. Rusiya qoşunlarına beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır. Bunu Rusiyanın baş naziri Mixail Mişustin iyulun 18-də Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını təmin edilməsi üzrə Koordinasiya Şurasının iclası zamanı deyib. "Beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır", - deyə baş nazir qeyd edib. Rusiya Federasiyasında Su-57 qırıcısı beşinci nəsil qırıcılara aiddir. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu üçün lazım olan məhsulların istehsalını və tədarükünü artırmaq barədə göstəriş verib. Rusiya lideri qeyd edib ki, dövlət hədəf tapşırıqlarını dəqiq, səmərəli və ciddi şəkildə vaxtında yerinə yetirməlidir. Bir müddət əvvəl "KP.RU" saytı Rusiya Silahlı Qüvvələrinə "Drok" eksperimental özüyeriyən minaatanlarının ilk partiyasının təhvil verilməsindən yazıb. Qurğu 82 mm-lik minaatan modulu və sürətləndirilmiş avtomatlaşdırma əldə edib və eyni zamanda rekord müddətdə atəş etmək üçün hazır vəziyyətə gələ bilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440896609_120:0:2756:1977_1920x0_80_0_0_7d40b9c7b99fb368021e2f0464029d38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beşinci nəsil qırıcılar
Rusiyada beşinci nəsil qırıcıların tədarükünün artırılması planlaşdırılır
23:55 18.07.2023 (Yenilənib: 10:55 19.07.2023) Rusiyanın baş naziri Mixail Mişustin deyib ki, Rusiya qoşunlarına beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır.
BAKI, 18 iyul — Sputnik. Rusiya qoşunlarına beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin iyulun 18-də Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını təmin edilməsi üzrə Koordinasiya Şurasının iclası zamanı deyib.
"Beşinci nəsil qırıcıların tədarük həcminin artırılması planlaşdırılır", - deyə baş nazir qeyd edib.
Rusiya Federasiyasında Su-57 qırıcısı beşinci nəsil qırıcılara aiddir.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu üçün lazım olan məhsulların istehsalını və tədarükünü artırmaq barədə göstəriş verib. Rusiya lideri qeyd edib ki, dövlət hədəf tapşırıqlarını dəqiq, səmərəli və ciddi şəkildə vaxtında yerinə yetirməlidir.
Bir müddət əvvəl "KP.RU" saytı Rusiya Silahlı Qüvvələrinə "Drok" eksperimental özüyeriyən minaatanlarının ilk partiyasının təhvil verilməsindən yazıb. Qurğu 82 mm-lik minaatan modulu və sürətləndirilmiş avtomatlaşdırma əldə edib və eyni zamanda rekord müddətdə atəş etmək üçün hazır vəziyyətə gələ bilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.