Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Afrika sammitinə kimlər qatılacaq?

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Afrika ölkələrinin bu cür yanaşması Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə münasibətlərin inkişafına qətiyyətli sədaqətin nümayişidir.
BAKI, 18 iyul — Sputnik. Moskva 49 dövlətdən ikinci Rusiya-Afrika sammitində iştirakının təsdiqini alıb. Onların yarıdan çoxu ölkə və hökumət rəhbərləri səviyyəsində təmsil olunacaq.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktor müavini Aleksandr Polyakovun "Rossiya seqodnya" media qrupunun dəyirmi masası zamanı verdiyi açıqlamaya istinadən xəbər verib.
Polyakov qeyd edib ki, Afrika ölkələrinin bu cür yanaşması Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə münasibətlərin inkişafına qətiyyətli sədaqətin nümayişidir.
Hazırda ali səviyyəli görüşə son hazırlıqlar aparılır. Qeyd edək ki, iyulun 27-28-də Sankt-Peterburqda ikinci Rusiya-Afrika sammiti və iqtisadi forumu keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0