Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neftin qiyməti aşağı düşərsə, Rusiyanın aqibəti necə olacaq?

© AFP 2024 / DELIL SOULEIMANNeft
Neft - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiyməti aşağı düşərsə, ölkənin hansı addımları atacağını açıqlayıb.
BAKI, 18 iyul — Sputnik. Rusiyanın neft və qaz gəlirləri ölkə büdcəsinin gəlirlərinin yalnız üçdə birini təşkil edir. Ona görə də Rusiya sakinləri dünya bazarında enerji qiymətlərinin kəskin ucuzlaşacağı dövrlərdən lüzumsuz olaraq narahatdırlar.
Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "aif.ru"ya müsahibəsində bildirib.
"Narahat olmağa dəyməz. Neftin qiyməti aşağı düşərsə, sosial öhdəliklər yerinə yetiriləcək. Bu, mütləq prioritetdir. Bunun üçün qeyri-neft-qaz təsərrüfatı hesabına pul var", - deyə Maliyyə Nazirliyinin rəhbəri izah edib.
Ölkə büdcəsinin planlı şəkildə azaldılmasından danışan Siluanov bunun dövlətin sosial öhdəliklərini yerinə yetirməsinə də təsir etməyəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0