https://sputnik.az/20230718/moskva-ve-bagdad-arasinda-razilasma-rusiya-sirketleri-raqa-daha-cox-sermaye-qoyacaq-456901221.html
Moskva və Bağdad arasında razılaşma: Rusiya şirkətləri İraqa daha çox sərmayə qoyacaq
Moskva və Bağdad arasında razılaşma: Rusiya şirkətləri İraqa daha çox sərmayə qoyacaq
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hazırda İraq və Rusiya arasında neft-qaz sahəsində artım müşahidə olunur. 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T12:40+0400
2023-07-18T12:40+0400
2023-07-18T12:40+0400
moskva
rusiya
bağdad
"lukoyl" şirkəti
"rosneft"
"qazpromneft"
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862608_0:0:3072:1728_1920x0_80_0_0_7695bd29899c581624e172f3856e0c87.jpg
BAKI, 18 iyul — Sputnik. Bağdad və Moskva enerji sektorunda, xüsusən də qaz sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə başlayacaqlar. Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf RİA Novosti-yə bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hazırda İraq və Rusiya arasında neft-qaz sahəsində artım müşahidə olunur. İraqda fəaliyyət göstərən Rusiya şirkətləri gələcəkdə bu sahəyə daha çox investisiya yatıra biləcəklər. "Növbəti mərhələdə Bağdad və Moskva arasında enerji sahəsində, xüsusən də qaz sahəsində keyfiyyətcə yeni tip qarşılıqlı fəaliyyətə start veriləcək", - deyə XİN sözçüsü bildirib. Əl-Səhhaf şirkətlərin hansı layihələri həyata keçirəcəyini açıqlamayıb. Bundan əvvəl Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev RİA Novosti agentliyinə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyasının neft və qaz şirkətlərinin İraqa yatırdığı investisiyalar 14 milyard dolları keçib. Moskva ilə Bağdad arasında əməkdaşlığın ən uğurlu sahələri enerjidir. İraqda "Lukoyl", "Rosneft", "Qazpromneft" və digər Rusiyanın neft-qaz şirkətləri fəaliyyət göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862608_341:0:3072:2048_1920x0_80_0_0_52514428bfe7fbcee5637f823f295c63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, bağdad, "lukoyl" şirkəti, "rosneft", "qazpromneft"
moskva, bağdad, "lukoyl" şirkəti, "rosneft", "qazpromneft"
Moskva və Bağdad arasında razılaşma: Rusiya şirkətləri İraqa daha çox sərmayə qoyacaq
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hazırda İraq və Rusiya arasında neft-qaz sahəsində artım müşahidə olunur.
BAKI, 18 iyul — Sputnik. Bağdad və Moskva enerji sektorunda, xüsusən də qaz sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə başlayacaqlar. Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf RİA Novosti-yə bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hazırda İraq və Rusiya arasında neft-qaz sahəsində artım müşahidə olunur. İraqda fəaliyyət göstərən Rusiya şirkətləri gələcəkdə bu sahəyə daha çox investisiya yatıra biləcəklər.
"Növbəti mərhələdə Bağdad və Moskva arasında enerji sahəsində, xüsusən də qaz sahəsində keyfiyyətcə yeni tip qarşılıqlı fəaliyyətə start veriləcək", - deyə XİN sözçüsü bildirib.
Əl-Səhhaf şirkətlərin hansı layihələri həyata keçirəcəyini açıqlamayıb.
Bundan əvvəl Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev RİA Novosti agentliyinə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyasının neft və qaz şirkətlərinin İraqa yatırdığı investisiyalar 14 milyard dolları keçib.
Moskva ilə Bağdad arasında əməkdaşlığın ən uğurlu sahələri enerjidir. İraqda "Lukoyl", "Rosneft", "Qazpromneft" və digər Rusiyanın neft-qaz şirkətləri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.