Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml taxıl sazişinin iştirakçılarına xəbərdarlıq etdi: "Riskləri nəzərə alın!"

© AFP 2024 / KIRILL KUDRYAVTSEVВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, bu zonanı taxıl sazişinin həyata keçirilməsi üçün götürsək də, Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyi aşkar faktdır.
BAKI, 18 iyul — Sputnik. Rusiyanın iştirakı olmadan taxıl sazişinin icrasını davam etdirməyə çalışan tərəflər Ukrayna taxılının ixracı marşrutunun hərbi əməliyyatlar zonası yaxınlığından keçməsi ilə bağlı riskləri nəzərə almalıdırlar. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyasız nəsə rəsmiləşdirilibsə, o zaman bu risklər nəzərə alınmalıdır.
"Burada nə qədər və hansı ölkələrin bu riskləri öz üzərinə götürməyə hazır olduğunu deyə bilmərik", – Peskov əlavə edib.
"Bu zonanı taxıl sazişinin həyata keçirilməsi üçün götürsək də, Kiyev rejimi tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyi aşkar faktdır. Bu, çox vacib aspektdir və unudulmayacaq", - Kreml sözçüsü bildirib.
Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişində iştirakının dayandırdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Saziş 17 iyul tarixində başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 17.07.2023
RUSİYA
Ərdoğan Putinlə "Taxıl sazişi"nin gələcəyini müzakirə edəcəyini bildirib
Xəbər lenti
0