https://sputnik.az/20230718/baki-metropoliteni-eskalatorlarda-elil-arabasinin-dasinmasi-ucun-qurgular-sifaris-edib-456920182.html
Bakı metropoliteni eskalatorlarda əlil arabasının daşınması üçün qurğular sifariş edib
Bakı metropoliteni eskalatorlarda əlil arabasının daşınması üçün qurğular sifariş edib
Sputnik Azərbaycan
Əgər bu qurğular sınaqdan uğurla keçərsə, bütün stansiyalarda ondan istifadə olunacaq. Uşaq arabası ilə hərəkət edən sərnişinlər də ondan yararlana biləcəklər. 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T20:12+0400
2023-07-18T20:12+0400
2023-07-18T20:12+0400
eskalator
paytaxt xəbərləri
bakı metropoliteni
"bakı metropoliteni" qsc
bakı metropoliteni qapalı səhmdar cəmiyyəti
əlil
əlil arabası
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449955272_0:103:2000:1228_1920x0_80_0_0_04831b479b73f8a2394748a16fb681bc.jpg
BAKI, 18 iyul — Sputnik. Bakı metropolitenində əlil arabası ilə daşımalar, yaxud da az mobilli sərnişinlərin istifadəsini təmin etmək məqsədilə "Əlçatan metro" layihəsi həyata keçirilir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, 2019-cu ildə "Əlçatan metro" layihəsinə 740 müraciət daxil olub. Müraciət edənlərin 131-i sonra həmin xidmətdən istifadə etməkdən imtina edib. İmtinaya səbəb müraciət edən şəxslərin planlarını dəyişmələri ilə bağlı olub və onların metrodan istifadəsinə zərurət olmayıb. Bəxtiyar Məmmədovun sözlərinə görə, bu xidmətdən yararlanmaq istəyən sərnişinlər 1-12 saat ərzində quruma müraciət edə bilərlər. Zərurət olmadığı təqdirdə, 20 dəqiqə ərzində müraciətdən imtina etmək mümkündür. Məmmədov bildirib ki, əlilliyi olan sərnişinlərin rahatlığını təmin etmək üçün əvvəllər də müxtəlif qurğular alınıb. Lakin bənövşəyi xətt istisna olmaqla, yaşıl və qırmızı xətləri liftlərlə təchiz etmək hələlik qeyri-mümkündür. "Metropoliten daha bir qurğunu sınaqdan keçirmək niyyətindədir. Artıq bununla bağlı sifariş verilib. Bu eskalatorlarda əlil arabasının daşınması üçün istifadə olunan qurğulardır. Əgər qurğu sınaqdan uğurla keçərsə, bütün stansiyalarda ondan istifadə olunacaq. Uşaq arabası ilə hərəkət edən sərnişinlər də bu yenilikdən yararlana biləcəklər", - deyə o, əlavə edib.Qeyd edək ki, sözügedən xidmətdən istifadə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: +994 50 268 00 65Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449955272_114:0:1887:1330_1920x0_80_0_0_2955404706dfa105928c46d61a736c48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
eskalator, bakı metropoliteni, "bakı metropoliteni" qsc, bakı metropoliteni qapalı səhmdar cəmiyyəti, əlil, əlil arabası
eskalator, bakı metropoliteni, "bakı metropoliteni" qsc, bakı metropoliteni qapalı səhmdar cəmiyyəti, əlil, əlil arabası
Bakı metropoliteni eskalatorlarda əlil arabasının daşınması üçün qurğular sifariş edib
Əgər bu qurğular sınaqdan uğurla keçərsə, bütün stansiyalarda ondan istifadə olunacaq. Uşaq arabası ilə hərəkət edən sərnişinlər də ondan yararlana biləcəklər.
BAKI, 18 iyul — Sputnik. Bakı metropolitenində əlil arabası ilə daşımalar, yaxud da az mobilli sərnişinlərin istifadəsini təmin etmək məqsədilə "Əlçatan metro" layihəsi həyata keçirilir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, 2019-cu ildə "Əlçatan metro" layihəsinə 740 müraciət daxil olub. Müraciət edənlərin 131-i sonra həmin xidmətdən istifadə etməkdən imtina edib. İmtinaya səbəb müraciət edən şəxslərin planlarını dəyişmələri ilə bağlı olub və onların metrodan istifadəsinə zərurət olmayıb.
Bəxtiyar Məmmədovun sözlərinə görə, bu xidmətdən yararlanmaq istəyən sərnişinlər 1-12 saat ərzində quruma müraciət edə bilərlər. Zərurət olmadığı təqdirdə, 20 dəqiqə ərzində müraciətdən imtina etmək mümkündür.
Məmmədov bildirib ki, əlilliyi olan sərnişinlərin rahatlığını təmin etmək üçün əvvəllər də müxtəlif qurğular alınıb. Lakin bənövşəyi xətt istisna olmaqla, yaşıl və qırmızı xətləri liftlərlə təchiz etmək hələlik qeyri-mümkündür.
"Metropoliten daha bir qurğunu sınaqdan keçirmək niyyətindədir. Artıq bununla bağlı sifariş verilib. Bu eskalatorlarda əlil arabasının daşınması üçün istifadə olunan qurğulardır. Əgər qurğu sınaqdan uğurla keçərsə, bütün stansiyalarda ondan istifadə olunacaq. Uşaq arabası ilə hərəkət edən sərnişinlər də bu yenilikdən yararlana biləcəklər", - deyə o, əlavə edib.
Qeyd edək ki, sözügedən xidmətdən istifadə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: +994 50 268 00 65
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.