https://sputnik.az/20230717/rusiyanin-taxil-sazisinde-istirakini-dayandirmasi-duzgun-qerardir---ekspert-456877432.html
Rusiyanın taxıl sazişində iştirakını dayandırması düzgün qərardır - Ekspert
Rusiyanın taxıl sazişində iştirakını dayandırması düzgün qərardır - Ekspert
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə, Ukrayna və BMT Katibliyini taxıl sazişinin uzadılmasına etirazla bağlı... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T15:21+0400
2023-07-17T15:21+0400
2023-07-17T15:21+0400
taxıl
rusiya
saziş
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_0:203:2917:1844_1920x0_80_0_0_d24e45efbe870e63ab637ca1397a2b68.jpg
BAKI, 17 iyul — Sputnik. Rusiya taxıl müqaviləsində iştirakın dayandırılması ilə bağlı düzgün seçim etdi. Bunu TASS-a müsahibəsində politoloq və iqtisadçı, Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib. Bazar ertəsi səhər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə, Ukrayna və BMT Katibliyini taxıl sazişinin uzadılmasına etirazla bağlı rəsmi şəkildə xəbərdar edib. Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb, sonra isə müddəti üç dəfə uzadılıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan limanlardan taxıl ixracı prosedurunu tənzimləyir. Digər hissəsi Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxışına aiddir, onun müddəaları bu günə qədər yerinə yetirilmir. Mayın 18-də Rusiya sonuncu dəfə sövdələşmənin 60 gün müddətinə, yəni iyulun 17-dək uzadıldığını elan edərək, bu müddətin onun şərtlərinin necə həyata keçirildiyini birmənalı qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, taxıl sazişinin bütün ayları ərzində Rusiya hissəsi ümumiyyətlə yerinə yetirilməyib, Ukrayna ərzaq məhsullarının ixracı isə təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_94:0:2823:2047_1920x0_80_0_0_43d038d7de84e74228c3be2c07586b5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, saziş, ekspert
Rusiyanın taxıl sazişində iştirakını dayandırması düzgün qərardır - Ekspert
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə, Ukrayna və BMT Katibliyini taxıl sazişinin uzadılmasına etirazla bağlı rəsmi şəkildə xəbərdar edib.
BAKI, 17 iyul — Sputnik. Rusiya taxıl müqaviləsində iştirakın dayandırılması ilə bağlı düzgün seçim etdi. Bunu TASS-a müsahibəsində politoloq və iqtisadçı, Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.
"Rusiyanın addımının düzgün olduğuna həqiqətən inanıram. Güman etmək olar ki, taxıl sazişi mövzusunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə təmaslar zamanı qaldıracaq. Ərdoğan konkret nəticələr əldə etmək üçün səy göstərəcək", - o, vurğulayıb.
Bazar ertəsi səhər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə, Ukrayna və BMT Katibliyini taxıl sazişinin uzadılmasına etirazla bağlı rəsmi şəkildə xəbərdar edib.
Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb, sonra isə müddəti üç dəfə uzadılıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan limanlardan taxıl ixracı prosedurunu tənzimləyir. Digər hissəsi Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxışına aiddir, onun müddəaları bu günə qədər yerinə yetirilmir. Mayın 18-də Rusiya sonuncu dəfə sövdələşmənin 60 gün müddətinə, yəni iyulun 17-dək uzadıldığını elan edərək, bu müddətin onun şərtlərinin necə həyata keçirildiyini birmənalı qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, taxıl sazişinin bütün ayları ərzində Rusiya hissəsi ümumiyyətlə yerinə yetirilməyib, Ukrayna ərzaq məhsullarının ixracı isə təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.