Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyalı senatorlar dünya parlamentlərinə müraciət edəcəklər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Dövlət Duması, arxiv
Rusiya Dövlət Duması, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Putin Ukraynaya kasetli bombalarının tədarükündən danışarkən deyib ki, ABŞ özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır.
BAKI, 17 iyul — Sputnik. Rusiya Federasiya Şurası dünya parlamentlərini və parlamentlərarası təşkilatları ABŞ-ın Ukraynaya kaset bombası tədarükü ilə bağlı qərarını pisləməyə çağırmaq niyyətindədir. Bu barədə Federasiya Şurası beynəlxalq məsələlərə dair komitəsinin bazar ertəsi keçirilən iclasında dəstəklənən müraciət layihəsində deyilir.

“ABŞ-ın Ukraynaya kaset bombaları tədarükü ilə bağlı qərarını pisləməyə çağırırıq. Bu da münaqişənin təhlükəli eskalasiyasında növbəti addımdır və ciddi humanitar nəticələrə gətirib çıxaracaq. Federasiya Şurası bundan hədsiz narahatlığını ifadə edir. ABŞ prezident administrasiyasının Ukraynanı kaset sursatları ilə təmin etmək barədə açıq-aşkar və təxribatçı qərarını pisləyirik”, - sənəddə deyilir.

ABŞ prezidenti Co Bayden iyulun 7-də Kiyev rejiminə kaset bombalarının çatdırılmasına başlamaq qərarını açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kasetli bombalarının tədarükünə münasibət bildirərək deyib ki, ABŞ özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır.
Onun sözlərinə görə, ABŞ bunu sursat çatışmazlığına görə edir:

"Onların sursatlarla bağlı çatışmazlığı var. Xatırladım ki, Ukrayna ordusu gün ərzində hərbi əməliyyatlarda 5-6 min 155 kalibrli sursat sərf edir. ABŞ isə ayda 15 min ədəd 155 kalibrli sursat istehsal edir".

Rusiya prezidenti ölkəsinin kasetli bombalardan istifadə etməyə hələ ehtiyacının olmadığını söyləyib:
"Lakin onlardan bizə qarşı istifadə olunarsa, bizim cavab vermək hüququmuz var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0