https://sputnik.az/20230717/rusiyadan-azerbaycana-turist-axini-gozlenilir-birbasa-reys-acildi-456889556.html
Rusiyadan Azərbaycana turist axını gözlənilir-Birbaşa reys açıldı
Rusiyadan Azərbaycana turist axını gözlənilir-Birbaşa reys açıldı
Sputnik Azərbaycan
Permin "Planeta Travel" turizm şirkətindən bildirilib ki, bu tur Türkiyə və Misirə səfərlər üçün yaxşı rəqabət yaradır. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T18:29+0400
2023-07-17T18:29+0400
2023-07-17T18:32+0400
azərbaycan
rusiya
rusiya
turist
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436839952_0:36:3174:1821_1920x0_80_0_0_bfa6b5820f54e1e423b7075bc5663fb7.jpg
BAKI, 17 iyul — Sputnik. Rusiyanın Perm vilayətinin turizm agentlikləri Bakıya turlar satmağa başlayıb. Permdən Azərbaycanın paytaxtına həftədə bir dəfə, çərşənbə axşamı birbaşa reyslər yararlanmaqla turistlərə görməli yerləri gəzmək və ya çimərlik turizmi təklif olunur. Permin "Planeta Travel" turizm şirkətindən rusiya mətbuatına verilən açıqlamaya görə, əsas turlar çimərliklərdə yerləşən istirahət mərkəzlərinədir. Turun qiymətinə Perm - Bakı - Perm marşrutu üzrə uçuş, baqaj və yaşayış və oteldə səhər yeməyi daxildir. Səyahət agentliyində onu da bildiriblər ki, Bakıya turlara böyük tələbat müşahidə olunur. Bu tur Türkiyə və Misirə səfərlər üçün yaxşı rəqabət yaradır. Statistik rəqəmlər də, son aylar Rusiyadan ölkəmizə gələn turistlərin artdığını təsdiqləyir. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, ötən ay ölkəmizə 205 910 turist gəlib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 170 600 olub. Bu isə müqayisə edilən dövrdə 21 faiz artım deməkdir. Ötən ay ölkəmizə gələn turistlərin 34,9 faizi Rusiyanın payına düşüb. Təkcə Rusiyadan ölkəmizə iyun ayında 71,7 min turist gəlib. İkinci yerdə isə Türkiyə qərarlaşıb. Belə ki, iyun ayında Türkiyədən Azərbaycana 34 min turist gəlib. Qeyd edək ki, Azərbaycanın çimərlik turizmi potensialı böyük olsa da, bu turizm növündən lazımınca istifadə edilmir. Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır. Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur: F.Nağıyev qeyd edib ki, sel, daşqınların turizm sektoruna vurduğu ziyan hələ ki, hesablanmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436839952_443:0:3174:2048_1920x0_80_0_0_a37e9d4b650e335be04ccb07f158b878.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, rusiya, turist
azərbaycan, rusiya, turist
Rusiyadan Azərbaycana turist axını gözlənilir-Birbaşa reys açıldı
18:29 17.07.2023 (Yenilənib: 18:32 17.07.2023) Permin "Planeta Travel" turizm şirkətindən bildirilib ki, bu tur Türkiyə və Misirə səfərlər üçün yaxşı rəqabət yaradır.
BAKI, 17 iyul — Sputnik. Rusiyanın Perm vilayətinin turizm agentlikləri Bakıya turlar satmağa başlayıb. Permdən Azərbaycanın paytaxtına həftədə bir dəfə, çərşənbə axşamı birbaşa reyslər yararlanmaqla turistlərə görməli yerləri gəzmək və ya çimərlik turizmi təklif olunur.
Permin "Planeta Travel" turizm şirkətindən rusiya mətbuatına verilən açıqlamaya görə, əsas turlar çimərliklərdə yerləşən istirahət mərkəzlərinədir.
"Biz Permdən Azərbaycana, Bakıya paket turların satışına başladıq. Şəhərdə üçulduzlu otelə səyahətin qiyməti 72,5 min rubldan (1361 manat), beşulduzlu otelə isə 77,5 min rubldan (1455 manat) başlayır. Dördulduzlu çimərlik otelində istirahət 86 min rubldan (1618 manat) başlayır", - deyə turizm şirkətinindən bildirilib.
Turun qiymətinə Perm - Bakı - Perm marşrutu üzrə uçuş, baqaj və yaşayış və oteldə səhər yeməyi daxildir. Səyahət agentliyində onu da bildiriblər ki, Bakıya turlara böyük tələbat müşahidə olunur. Bu tur Türkiyə və Misirə səfərlər üçün yaxşı rəqabət yaradır.
Statistik rəqəmlər də, son aylar Rusiyadan ölkəmizə gələn turistlərin artdığını təsdiqləyir. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, ötən ay ölkəmizə 205 910 turist gəlib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 170 600 olub. Bu isə müqayisə edilən dövrdə 21 faiz artım deməkdir.
Ötən ay ölkəmizə gələn turistlərin 34,9 faizi Rusiyanın payına düşüb. Təkcə Rusiyadan ölkəmizə iyun ayında 71,7 min turist gəlib. İkinci yerdə isə Türkiyə qərarlaşıb. Belə ki, iyun ayında Türkiyədən Azərbaycana 34 min turist gəlib.
Qeyd edək ki, Azərbaycanın çimərlik turizmi potensialı böyük olsa da, bu turizm növündən lazımınca istifadə edilmir.
Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır. Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur:
"Nəzərə almaq lazımdır ki, çimərlik mövsümi iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər".
F.Nağıyev qeyd edib ki, sel, daşqınların turizm sektoruna vurduğu ziyan hələ ki, hesablanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.