https://sputnik.az/20230717/rf-turkiye-ukrayna-ve-bmt-ni-taxil-sazisinin-uzadilmasina-etirazla-bagli-xeberdar-edib-456872235.html
RF Türkiyə, Ukrayna və BMT-ni taxıl sazişinin uzadılmasına etirazla bağlı xəbərdar edib
RF Türkiyə, Ukrayna və BMT-ni taxıl sazişinin uzadılmasına etirazla bağlı xəbərdar edib
Sputnik Azərbaycan
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T13:19+0400
2023-07-17T13:19+0400
2023-07-17T13:19+0400
rusiya
mariya zaxarova
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456775070_0:0:3071:1728_1920x0_80_0_0_8bdec626fe8006d5e7a6a5d9c21b795d.jpg
BAKI, 17 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya bazar ertəsi Türkiyə, Ukrayna və BMT-ni taxıl müqaviləsinin uzadılmasına etirazı barədə məlumatlandırıb.Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatır.Bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456775070_279:0:3010:2048_1920x0_80_0_0_fe3ba8a273ff826f45497a5b96a4b14b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, taxıl, saziş
mariya zaxarova, taxıl, saziş
RF Türkiyə, Ukrayna və BMT-ni taxıl sazişinin uzadılmasına etirazla bağlı xəbərdar edib
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
BAKI, 17 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya bazar ertəsi Türkiyə, Ukrayna və BMT-ni taxıl müqaviləsinin uzadılmasına etirazı barədə məlumatlandırıb.
“Rusiya bu gün müqavilənin uzadılmasına etirazı ilə bağlı Türkiyə və Ukrayna tərəflərini, eləcə də BMT katibliyini rəsmən məlumatlandırıb. Yaxın vaxtlarda XİN-in Rusiyanın mövqeyinin ətraflı izahatları ilə bəyanatı dərc olunacaq", - deyə diplomat bildirib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatır.
Bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.