https://sputnik.az/20230717/putin-ftx-ve-stintaq-komitesi-krim-korpusunde-bas-verenleri-etrafli-arasdirmalidir-456895059.html
Putin: Rusiya Krım körpüsündə törədilən terror aktına cavab verəcək - Yenilənib
Putin: Rusiya Krım körpüsündə törədilən terror aktına cavab verəcək - Yenilənib
Sputnik Azərbaycan
Bazar ertəsi gecə saatlarında Krım körpüsündə iki yerüstü pilotsuz uçuş aparatı ilə terror aktı həyata keçirilib. Nəticədə körpünün yol hissəsi zədələnib, ölən... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T20:57+0400
2023-07-17T20:57+0400
2023-07-17T21:18+0400
rusiya
rusiya prezidenti vladimir putin
krım
körpü
https://cdnn1.img.sputnik.az/img/07e7/07/03/456445563_0:0:3072:1728_1920x0_80_0_0_d00a7de43e01b0839d1bfe82450ece96.jpg
BAKI, 17 iyul - Sputnik. Federal Təhlükəsizlik Xidməti (FTX), İstintaq Komitəsi və bir sıra digər idarələr Krım körpüsündə baş verənləri ətraflı araşdırmalıdırlar. Rusiya mətbuatının yaydığı xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.Rusiya dövlət başçısı bildirib ki, Krım körpüsünün dağılması üzündən çətin vəziyyətdə olan insanlara kömək etmək vacibdir.Rusiya prezidenti sözügedən körpüdə təhlükəsizliyin yaxşılaşdırılması üçün konkret təkliflər gözlədiyini bildirib.Vladimir Putin onu da bildirib ki, Rusiya Krım körpüsündə törədilən terror aktına təbii ki, cavab verəcək, Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır:Milli Antiterror Komitəsi bildirib ki, Kiyev bazar ertəsi gecə Krım körpüsündə iki yerüstü pilotsuz uçuş aparatı ilə terror aktı həyata keçirib. Nəticədə körpünün yol hissəsi zədələnib, iki böyük ölüb, bir uşaq yaralanıb.Sakinlərə və turistlərə Krım körpüsü ilə səyahət etməkdən çəkinmək, yeni bölgələr vasitəsilə alternativ marşrut seçmək tövsiyə olunub.Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi çərçivəsində Ukraynada Krım körpüsündə törədilən terror aktında iştirak edənləri müəyyənləşdirir.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Krım körpüsünə hücumu Kiyev rejimi həyata keçirib. Hücum barədə qərar ABŞ və Böyük Britaniya kəşfiyyatının iştirakı ilə Ukrayna rəsmiləri və hərbçiləri tərəfindən verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/03/456445563_341:0:3072:2048_1920x0_80_0_0_655359440821002dbdbec0c631cd494a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, krım, körpü
rusiya prezidenti vladimir putin, krım, körpü
Putin: Rusiya Krım körpüsündə törədilən terror aktına cavab verəcək - Yenilənib
20:57 17.07.2023 (Yenilənib: 21:18 17.07.2023) Bazar ertəsi gecə saatlarında Krım körpüsündə iki yerüstü pilotsuz uçuş aparatı ilə terror aktı həyata keçirilib. Nəticədə körpünün yol hissəsi zədələnib, ölən və yaralananlar var.
BAKI, 17 iyul - Sputnik. Federal Təhlükəsizlik Xidməti (FTX), İstintaq Komitəsi və bir sıra digər idarələr Krım körpüsündə baş verənləri ətraflı araşdırmalıdırlar. Rusiya mətbuatının yaydığı xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“FTX, İstintaq Komitəsi və bir sıra digər idarələrə insidentin ətraflı araşdırılması üçün göstərişlər verilib”, - deyə Putin Krım körpüsündə vəziyyətlə bağlı görüş zamanı deyib.
Rusiya dövlət başçısı bildirib ki, Krım körpüsünün dağılması üzündən çətin vəziyyətdə olan insanlara kömək etmək vacibdir.
“İndi körpüdə nəqliyyatın kəsilməsi üzündən çətin vəziyyətdə olan insanlara hər cür dəstəyin göstərilməsi vacibdir. Bu, həm gecikmiş qatarların sərnişinlərinə, həm də yolda olan avtomobilçilərə aiddir", - deyə Putin bildirib.
Rusiya prezidenti sözügedən körpüdə təhlükəsizliyin yaxşılaşdırılması üçün konkret təkliflər gözlədiyini bildirib.
"Krım körpüsündə ikinci terror aktının artıq baş verdiyini nəzərə alaraq, bu strateji əhəmiyyətli nəqliyyat obyektinin təhlükəsizliyinin yaxşılaşdırılması üçün konkret təkliflər gözləyirəm. Bu gün səhər saatlarında həmkarlarımızla bunu ətraflı müzakirə etdik", - deyə RF lideri bildirib.
Vladimir Putin onu da bildirib ki, Rusiya Krım körpüsündə törədilən terror aktına təbii ki, cavab verəcək, Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır:
“Əlbəttə, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır”.
Milli Antiterror Komitəsi bildirib ki, Kiyev bazar ertəsi gecə Krım körpüsündə iki yerüstü pilotsuz uçuş aparatı ilə terror aktı həyata keçirib. Nəticədə körpünün yol hissəsi zədələnib, iki böyük ölüb, bir uşaq yaralanıb.
Sakinlərə və turistlərə Krım körpüsü ilə səyahət etməkdən çəkinmək, yeni bölgələr vasitəsilə alternativ marşrut seçmək tövsiyə olunub.
Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi çərçivəsində Ukraynada Krım körpüsündə törədilən terror aktında iştirak edənləri müəyyənləşdirir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Krım körpüsünə hücumu Kiyev rejimi həyata keçirib. Hücum barədə qərar ABŞ və Böyük Britaniya kəşfiyyatının iştirakı ilə Ukrayna rəsmiləri və hərbçiləri tərəfindən verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.