Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna öz suverenliyini çoxdan itirib - Orban

© AP Photo / Olivier Matthys Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üçün təkcə Ukrayna və Rusiya deyil, həm də Kiyevə əsas hərbi və maliyyə dəstəyi verən Rusiya və ABŞ arasında danışıqlar aparılmalıdır.
BAKI, 14 iyul — Sputnik. ABŞ Ukraynadakı münaqişəni dərhal həll edə bilər, lakin bunu etmək istəmir. Bu fikri "Kossuth" radiosunun efirində Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Ukraynadakı münaqişənin dayandırılmasının mümkünlüyü ilə bağlı suala belə cavab verib:

"Amerikalılar bunu istəsələr, sabah səhər sülh olacaq. Niyə onlar bunu istəmirlər? Biz Vilnüsdəki NATO sammitində bu suala cavab almadıq", - Orban deyib.

Orban əlavə edib ki, Ukrayna öz suverenliyini çoxdan itirib və ölkədəki vəziyyəti Qərb ölkələri, ilk növbədə ABŞ müəyyən edir.
Bundan əvvəl Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, sözügedən münaqişənin həlli üçün təkcə Ukrayna ilə Rusiya deyil, Kiyevə əsas hərbi və maliyyə dəstəyi verən ABŞ da cəhd etməlidir. Birləşmiş Ştatlar Ukrayna mövzusunu Rusiya ilə müzakirə etməlidir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0