https://sputnik.az/20230714/rusiya-dovlet-dumasi-cinsin-deyisdirilmesini-qadagan-eden-qanunu-qebul-etdi-456792951.html
Rusiya Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanunu qəbul etdi
Rusiya Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanunu qəbul etdi
Sputnik Azərbaycan
Cinsiyyətin dəyişdirilməsinə qadağa haqqında qanun qüvvəyə minən günədək cinsini dəyişdirən şəxslərə onun normaları şamil edilməyəcək. 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T12:33+0400
2023-07-14T12:33+0400
2023-07-14T13:02+0400
dövlət duması
rusiya
cins
cinsini dəyişmək
qanun
lgbt
deputat
vyaçeslav volodin
https://cdnn1.img.sputnik.az/img/42075/88/420758827_0:132:3291:1983_1920x0_80_0_0_89ddc4c1039b0a49ae905d0275e157d6.jpg
BAKI, 14 iyul — Sputnik. Rusiya Dövlət Dumasının plenar iclasında cinsin dəyişdirilməsini qadağan edən qanun üçüncü oxunuşda qəbul edilib. Təşəbbüs Rusiya Federasiyasının Dövlət Dumasına may ayında spiker Vyaçeslav Volodinin başçılıq etdiyi bütün beş Duma fraksiyasının deputatları tərəfindən təqdim edilib. Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qeyd edib ki, təxminən 400 parlamentari təşəbbüsün müəllifləri olub. Qanun ər-arvaddan birinin cinsini dəyişdiyi təqdirdə nikahın ləğvini təklif edir. Ailə Məcəlləsinin nikahın dayandırılması şərtlərini əks etdirən 16-cı maddəsinə dəyişiklik edilir. Həmçinin nəzərdə tutulur ki, cinsiyyət dəyişikliyinin baş verdiyinə dair arayış olarsa, o zaman şəxsə uşaqları övladlığa götürmək qadağan olunacaq. Qeyd olunur ki, cinsiyyətin dəyişdirilməsinə qadağa haqqında qanun qüvvəyə minən günədək cinsini dəyişdirən şəxslərə onun normaları şamil edilməyəcək. Həmçinin vətəndaşlıq vəziyyəti aktında düzəliş və ya dəyişiklik edilməsi barədə tibbi rəy, federal icra hakimiyyəti orqanına tabe olan tibb təşkilatının tibbi komissiyasına təqdim edildikdən sonra qeyd şöbəsi tərəfindən tərtib edilir. Həmçinin tibbi müdaxilələrin, o cümlədən cinsiyyətin dəyişdirilməsinə yönəlmiş dərmanların istifadəsi qadağandır. Cinsin dəyişdirilməsinə həkim komissiyasının qərarı ilə uşaqlarda cinsiyyət orqanlarının formalaşması ilə bağlı anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı tibbi müdaxilələr daxil deyil. Qərarların verilməsi qaydası və tibb təşkilatlarının siyahısı Rusiya Federasiyasının hökuməti tərəfindən təsdiq edilir. Dövlət Dumasının deputatı Tamara Frolova deyib ki, bu qanun layihəsinin əhəmiyyəti danılmazdır. Bu, ənənəvi ailə dəyərlərinin və nikah institutunun ölkənin suverenliyinin möhkəmləndirilməsində həlledici rol oynadığı Rusiya üçün tamamilə gözlənilən və zəruridir. Deputat əlavə edib ki, qanun layihəsinə Dövlət Duması tərəfindən qəbul edilən əsaslı düzəlişlərdən biri cinsini dəyişmiş şəxslər tərəfindən uşaqların sonradan övladlığa götürülməsinə qadağa qoyulması olub. Bundan əvvəl Ailə Məsələləri, Analıq və Uşaqlığın Mühafizəsi üzrə Patriarxal Komissiya cinsiyyətin dəyişdirilməsinə icazə verilən ölkələrdə övladlığa götürülən və ya vətəndaşların qəyyumluğunda olan rusiyalı uşaqların hüquqi müdafiəsinə çağırıb. Dövlət Dumasının spikeri Volodin qeyd edib ki, iyulda Dövlət Duması cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulması barədə qərar verəcək. Dumanın plenar iclaslarından birində spiker vurğulayıb ki, bu hallarda hətta əməliyyatdan söhbət gedə bilməz.Volodin qeyd edib ki, özəl klinikaların 30-60 min rubla sənədlərdə cinsi dəyişdirməyə imkan verən sertifikatlar verməsi qəbuledilməzdir. Dövlət Dumasının spikeri xatırladıb ki, üç il əvvəl Rusiya Federasiyası vətəndaşları "kişi və qadının birliyi kimi nikah institutunu" qoruyan qanuna səs veriblər. O, həmçinin qeyd edib ki, bir il əvvəl qeyri-ənənəvi cinsi münasibətlərin, LGBT və pedofiliyanın təbliğatını qadağan edən qanunlar qəbul edilib. Dövlət Dumasının plenar iclasında Rusiyanın dövlət katibi, səhiyyə nazirinin müavini Oleq Salaqay bildirib ki, Səhiyyə Nazirliyi cinsin dəyişdirilməsini qadağan edən qanunun qüvvəyə minməsindən sonra cinsiyyətin dəyişdirilməsi proseslərini tənzimləyən öz nizamnamələrini ləğv edəcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42075/88/420758827_0:0:2729:2047_1920x0_80_0_0_0215c879991bea3e65b6e312873cb60f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dövlət duması, cins, cinsini dəyişmək, qanun, lgbt, deputat, vyaçeslav volodin
dövlət duması, cins, cinsini dəyişmək, qanun, lgbt, deputat, vyaçeslav volodin
Rusiya Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanunu qəbul etdi
12:33 14.07.2023 (Yenilənib: 13:02 14.07.2023) Cinsiyyətin dəyişdirilməsinə qadağa haqqında qanun qüvvəyə minən günədək cinsini dəyişdirən şəxslərə onun normaları şamil edilməyəcək.
BAKI, 14 iyul — Sputnik. Rusiya Dövlət Dumasının plenar iclasında cinsin dəyişdirilməsini qadağan edən qanun üçüncü oxunuşda qəbul edilib.
Təşəbbüs Rusiya Federasiyasının Dövlət Dumasına may ayında spiker Vyaçeslav Volodinin başçılıq etdiyi bütün beş Duma fraksiyasının deputatları tərəfindən təqdim edilib. Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qeyd edib ki, təxminən 400 parlamentari təşəbbüsün müəllifləri olub.
Qanun ər-arvaddan birinin cinsini dəyişdiyi təqdirdə nikahın ləğvini təklif edir. Ailə Məcəlləsinin nikahın dayandırılması şərtlərini əks etdirən 16-cı maddəsinə dəyişiklik edilir. Həmçinin nəzərdə tutulur ki, cinsiyyət dəyişikliyinin baş verdiyinə dair arayış olarsa, o zaman şəxsə uşaqları övladlığa götürmək qadağan olunacaq.
Qeyd olunur ki, cinsiyyətin dəyişdirilməsinə qadağa haqqında qanun qüvvəyə minən günədək cinsini dəyişdirən şəxslərə onun normaları şamil edilməyəcək.
Həmçinin vətəndaşlıq vəziyyəti aktında düzəliş və ya dəyişiklik edilməsi barədə tibbi rəy, federal icra hakimiyyəti orqanına tabe olan tibb təşkilatının tibbi komissiyasına təqdim edildikdən sonra qeyd şöbəsi tərəfindən tərtib edilir. Həmçinin tibbi müdaxilələrin, o cümlədən cinsiyyətin dəyişdirilməsinə yönəlmiş dərmanların istifadəsi qadağandır.
Cinsin dəyişdirilməsinə həkim komissiyasının qərarı ilə uşaqlarda cinsiyyət orqanlarının formalaşması ilə bağlı anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı tibbi müdaxilələr daxil deyil. Qərarların verilməsi qaydası və tibb təşkilatlarının siyahısı Rusiya Federasiyasının hökuməti tərəfindən təsdiq edilir.
Dövlət Dumasının deputatı Tamara Frolova deyib ki, bu qanun layihəsinin əhəmiyyəti danılmazdır. Bu, ənənəvi ailə dəyərlərinin və nikah institutunun ölkənin suverenliyinin möhkəmləndirilməsində həlledici rol oynadığı Rusiya üçün tamamilə gözlənilən və zəruridir.
"Ölkənin gələcəyi uzun müddət ümumi deqradasiyaya səbəb olmuş Avropa demokratiya oyunları üzərində deyil, sağlam ailələr, uşaqların sağlam tərbiyəsi üzərində qurulmalıdır", - Frolova qeyd edib.
Deputat əlavə edib ki, qanun layihəsinə Dövlət Duması tərəfindən qəbul edilən əsaslı düzəlişlərdən biri cinsini dəyişmiş şəxslər tərəfindən uşaqların sonradan övladlığa götürülməsinə qadağa qoyulması olub.
"Bu qərarı qəbul edərkən bizim rəhbər tutduğumuz ilk şey, əlbəttə ki, uşaqların, sosial cəhətdən ən həssas olanların, kimsəsizlərin maraqları oldu. Biz sadəcə olaraq onların taleyi ilə maraqlanmalı, bu və ya digər şəkildə riskləri minimuma endirməliyik. Eyni məqsədlə biz artıq övladlığa götürülmüş uşaqlara mümkün qədər diqqətlə yanaşdıq", - deyə deputat qeyd edib.
Bundan əvvəl Ailə Məsələləri, Analıq və Uşaqlığın Mühafizəsi üzrə Patriarxal Komissiya cinsiyyətin dəyişdirilməsinə icazə verilən ölkələrdə övladlığa götürülən və ya vətəndaşların qəyyumluğunda olan rusiyalı uşaqların hüquqi müdafiəsinə çağırıb.
Dövlət Dumasının spikeri Volodin qeyd edib ki, iyulda Dövlət Duması cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulması barədə qərar verəcək. Dumanın plenar iclaslarından birində spiker vurğulayıb ki, bu hallarda hətta əməliyyatdan söhbət gedə bilməz.
Volodin qeyd edib ki, özəl klinikaların 30-60 min rubla sənədlərdə cinsi dəyişdirməyə imkan verən sertifikatlar verməsi qəbuledilməzdir.
Dövlət Dumasının spikeri xatırladıb ki, üç il əvvəl Rusiya Federasiyası vətəndaşları "kişi və qadının birliyi kimi nikah institutunu" qoruyan qanuna səs veriblər. O, həmçinin qeyd edib ki, bir il əvvəl qeyri-ənənəvi cinsi münasibətlərin, LGBT və pedofiliyanın təbliğatını qadağan edən qanunlar qəbul edilib.
Dövlət Dumasının plenar iclasında Rusiyanın dövlət katibi, səhiyyə nazirinin müavini Oleq Salaqay bildirib ki, Səhiyyə Nazirliyi cinsin dəyişdirilməsini qadağan edən qanunun qüvvəyə minməsindən sonra cinsiyyətin dəyişdirilməsi proseslərini tənzimləyən öz nizamnamələrini ləğv edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.