Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranın nüvə sazişi ilə bağlı yeni razılaşmaları gözləmək real deyil - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
2021-ci ilin aprel ayından Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa JCPOA-nı orijinal formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.
BAKI, 13 iyul — Sputnik. İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair yeni razılaşmaların gözləntiləri indi o qədər də real deyil, ABŞ administrasiyasının sazişdən çıxmasını təkrar etməyəcəyinə zəmanət yoxdur. Bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bir ildən sonra ABŞ-da seçkilər olacaq, yeni administrasiya gələcək. Kim bilir demokratik, yoxsa respublikaçı idarə olacaq? Amma heç bir təminat yoxdur ki, bu yeni administrasiya əldə edilən razılaşmadan çıxmaq hiyləsini təkrar etməyəcək, heç kim buna zəmanət verə bilməz", - Lavrov deyib.
Lavrov xatırladıb ki, JCPOA ABŞ tərəfindən sadəcə olaraq məhv edilib.
"BMT Nizamnaməsinin bütün tələblərinə zidd olaraq, konsensusla qəbul edilmiş qətnaməyə əməl etməkdən imtina edib. ABŞ Prezidenti Co Baydenin administrasiyası vəzifəyə gəldikdən sonra, bu proqramı, bu proqramda iştiraklarını davam etdirməyə hazır olduqlarını söylədilər. Ancaq tam şəkildə davam etdirmək üçün konkret qərar qəbul etmədilər. Tehrandan daha çox şey qopartmaq üçün sövdələşməyə başladılar", - Rusiya XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, JCPOA-nın bərpası üzrə dayanmış prosesə paralel olaraq, İran və ABŞ arasında problemlərin həlli qarşılığında xaricdə qeyri-qanuni həbs edilmiş İran vəsaitlərinin blokdan çıxarılması yolu ilə münasibətlərin normallaşdırılması məsələlərinə dair qeyri-rəsmi təmaslar mövcuddur.
"Biz bunu münasibətlərin normallaşacağı təqdirdə alqışlayacağıq, amma yenə də deyirəm, bunun JCPOA ilə heç bir əlaqəsi yoxdur", - Rusiya XİN rəhbəri əlavə edib.
JCPOA 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı ABŞ lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.
2021-ci ilin aprel ayından Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa JCPOA-nı orijinal formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır. 2022-ci il noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Avstriya paytaxtında İslam Respublikasının nümayəndələri ilə danışıqların növbəti mərhələsinin heç bir nəticə vermədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0