https://sputnik.az/20230714/peskov-taxil-sazisinin-uzadilmasi-meselesine-aydinliq-getirib-456810340.html
Peskov taxıl sazişinin uzadılması məsələsinə aydınlıq gətirib
Peskov taxıl sazişinin uzadılması məsələsinə aydınlıq gətirib
Sputnik Azərbaycan
Putin daha əvvəl Rusiyanın taxıl sazişində iştirakını dayandırmağı və Rusiya Federasiyası ilə bağlı vəd edilmiş şərtlər yerinə yetirildikdə ona qayıtmağı... 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T16:49+0400
2023-07-14T16:49+0400
2023-07-14T16:49+0400
dmitri peskov
rusiya
taxıl
saziş
rusiya prezidenti vladimir putin
prezident
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_0:0:3072:1728_1920x0_80_0_0_a7743b21c1e3df9fb7c4f2be0622efce.jpg
BAKI, 14 iyul — Sputnik. Rusiyanın taxıl sazişində iştirakının uzadılması ilə bağlı yeni elementlər yoxdur. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın taxıl sazişində iştirakını dayandırmağı və Rusiya Federasiyası ilə bağlı vəd edilmiş şərtlər yerinə yetirildikdə ona qayıtmağı nəzərdən keçirəcəyini bildirmişdi. O, həmçinin Rusiya tərəfinin sazişin uzadılması barədə düşünəcəyini və hələlik yekun qərarın olmadığını açıqlayıb. "Prezidentin dünən dediyi kimi, hələ bir neçə günümüz qalıb", - Peskov əlavə edib. "Rusiya sövdələşmədə iştirakını dayandırsa nə olacaq və bu, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxmasına mane olacaqmı?" sualına Peskov cavab verib ki, bu məsələlər qalan bir neçə gündə işlənib hazırlanacaq. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_171:0:2902:2048_1920x0_80_0_0_51917d415c1c870fb78c87edfb7d8324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, taxıl, saziş, rusiya prezidenti vladimir putin, prezident
dmitri peskov, taxıl, saziş, rusiya prezidenti vladimir putin, prezident
Peskov taxıl sazişinin uzadılması məsələsinə aydınlıq gətirib
Putin daha əvvəl Rusiyanın taxıl sazişində iştirakını dayandırmağı və Rusiya Federasiyası ilə bağlı vəd edilmiş şərtlər yerinə yetirildikdə ona qayıtmağı nəzərdən keçirir.
BAKI, 14 iyul — Sputnik. Rusiyanın taxıl sazişində iştirakının uzadılması ilə bağlı yeni elementlər yoxdur. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Dünən prezident bu sövdələşmə ilə bağlı mövqeyini açıqladı. Əvvəl də olduğu kimi, hələlik yeni elementlər yoxdur", - Peskov bildirib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın taxıl sazişində iştirakını dayandırmağı və Rusiya Federasiyası ilə bağlı vəd edilmiş şərtlər yerinə yetirildikdə ona qayıtmağı nəzərdən keçirəcəyini bildirmişdi. O, həmçinin Rusiya tərəfinin sazişin uzadılması barədə düşünəcəyini və hələlik yekun qərarın olmadığını açıqlayıb.
"Prezidentin dünən dediyi kimi, hələ bir neçə günümüz qalıb", - Peskov əlavə edib.
"Rusiya sövdələşmədə iştirakını dayandırsa nə olacaq və bu, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxmasına mane olacaqmı?" sualına Peskov cavab verib ki, bu məsələlər qalan bir neçə gündə işlənib hazırlanacaq.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.