https://sputnik.az/20230713/dovlet-xidmeti-bakida-memarliq-abidesinin-sokuleceyi-ile-bagli-melumatlari-tekzib-edib-456775837.html
Dövlət Xidməti Bakıda memarlıq abidəsinin söküləcəyi ilə bağlı məlumatları təkzib edib
Dövlət Xidməti Bakıda memarlıq abidəsinin söküləcəyi ilə bağlı məlumatları təkzib edib
Sputnik Azərbaycan
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada... 13.07.2023, Sputnik Azərbaycan
2023-07-13T19:41+0400
2023-07-13T19:41+0400
2023-07-13T19:41+0400
abidə
mədəniyyət nazirliyi
paytaxt xəbərləri
bakı
tarixi abidə
tarixi memarlıq abidələri
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262689_0:960:2048:2112_1920x0_80_0_0_447a43fd48140798dcc2303b72a60a07.jpg
BAKI, 13 iyul — Sputnik. Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 11 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib: "Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər". Həmçinin vurğulanıb ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. "Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, sosial şəbəkədə sözügedən tarixi memarlıq abidəsinin söküləcəyi ilə bağlı fikirlər müzakirə edilirdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262689_0:768:2048:2304_1920x0_80_0_0_0ad0f4e7af1f9635b52df982a1810585.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abidə, mədəniyyət nazirliyi, bakı, tarixi abidə, tarixi memarlıq abidələri
abidə, mədəniyyət nazirliyi, bakı, tarixi abidə, tarixi memarlıq abidələri
Dövlət Xidməti Bakıda memarlıq abidəsinin söküləcəyi ilə bağlı məlumatları təkzib edib
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
BAKI, 13 iyul — Sputnik. Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 11 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib:
"Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər".
Həmçinin vurğulanıb ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
"Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkədə sözügedən tarixi memarlıq abidəsinin söküləcəyi ilə bağlı fikirlər müzakirə edilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.