Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru amerikalı həmkarı ilə nəyi müzakirə edib?

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidSergey Narışkin
Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Narışkin iyunun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə telefon danışığı faktını təsdiqləyib.
BAKI, 12 iyul — Sputnik. Ukrayna üzrə danışıqlar üçün şərtlər hələ yetişməlidir. Bunu TASS-a Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Danışıqların gec-tez baş tutmasının mümkünlüyü faktı təbiidir. Çünki istənilən münaqişə, o cümlədən silahlı münaqişə danışıqlarla başa çatır, lakin onlar üçün şərait yetişməlidir", - Xarici Kəşfiyyat Xidmətinin direktoru qeyd edib.
Narışkin iyunun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə telefon danışığı faktını təsdiqləyib. Bildirib ki, telefon danışığı zamanı Ukrayna ilə bağlı nə edəcəklərini müzakirə edib, fikir mübadilə aparıblar:

"Amerikalı həmkarımla telefon danışığı 24 iyunda olub. Söhbətin əsas hissəsi Ukrayna ətrafında baş verən hadisələrin müzakirəsinə yönəlmişdi".

Xarici Kəşfiyyat Xidməti direktorunun sözlərinə görə, telefon danışığı təxminən bir saat davam edib.
Narışkin qeyd edib ki, Litvada keçirilən NATO sammitində Rusiya üçün gözlənilməz heç nə səslənməyib və sənədlərdə qeyd olunmayıb.
"Mənə elə gəlir ki, sammitə hazırlığın bütün mərhələsi kifayət qədər açıq şəkildə keçirilib, ona görə də sammitdə Rusiya tərəfi üçün gözlənilməz ola biləcək heç nə eşidilməyib və sənədlərdə qeyd olunmayıb", - Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.
O əlavə edib ki, Zaporojye AES-də (ZAES) vəziyyət və mümkün təxribatlar barədə daim məlumat alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0