https://sputnik.az/20230712/rusiya-mudafie-nazirliyi-vaqnerden-silah-ve-herbi-texnikani-geri-aldigini-aciqlayib-456745924.html
Rusiya Müdafiə Nazirliyi "Vaqner"dən silah və hərbi texnikanı geri aldığını açıqlayıb
Rusiya Müdafiə Nazirliyi "Vaqner"dən silah və hərbi texnikanı geri aldığını açıqlayıb
Sputnik Azərbaycan
"Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulu plana uyğun şəkildə başa çatıb. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T20:20+0400
2023-07-12T20:20+0400
2023-07-12T20:20+0400
rusiya
"vaqner" qruplaşması
yevgeni priqojin
rusiya müdafiə nazirliyi
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456274887_0:0:3077:1731_1920x0_80_0_0_2ab9c4c0a74f236e0eaac4f5f5c278ba.jpg
BAKI, 12 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, "Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar."Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenko bunu təkzib edib. O iyulun 6-da KİV-ə veridiyi açıqlamada deyib ki, Priqojin Belarus ərazisində deyil, Sankt-Peterburqdadır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456274887_0:0:2729:2047_1920x0_80_0_0_340f937ae018ffde3e54e7114587d0ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"vaqner" qruplaşması, yevgeni priqojin, rusiya müdafiə nazirliyi, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, putin, vladimir putin
"vaqner" qruplaşması, yevgeni priqojin, rusiya müdafiə nazirliyi, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, putin, vladimir putin
Rusiya Müdafiə Nazirliyi "Vaqner"dən silah və hərbi texnikanı geri aldığını açıqlayıb
"Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulu plana uyğun şəkildə başa çatıb.
BAKI, 12 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, "Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.
"Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.
Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenko bunu təkzib edib. O iyulun 6-da KİV-ə veridiyi açıqlamada deyib ki, Priqojin Belarus ərazisində deyil, Sankt-Peterburqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.