https://sputnik.az/20230711/yaxin-serq-nizamlanmasi-derin-cixilmaz-veziyyete-dusub--lavrov-456696279.html
Yaxın Şərq nizamlanması dərin çıxılmaz vəziyyətə düşüb – Lavrov
Yaxın Şərq nizamlanması dərin çıxılmaz vəziyyətə düşüb – Lavrov
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri etibarlı və afişa olunmayan etimad mühitinin yaradılmasına yönəlmiş dialoqun tələb olunduğu bir çox hallarda yaxşı vasitəçilik... 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T16:18+0400
2023-07-11T16:18+0400
2023-07-11T16:18+0400
rusiya
sergey lavrov
oman
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_0:0:3071:1728_1920x0_80_0_0_e4eb104b9e37dc15cbcf6f89896cc078.jpg
BAKI, 11 iyul — Sputnik. Fələstin-İsrail nizamlanması prosesi dərin çıxılmaz vəziyyətdədir. Bunu çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. Lavrov bir sıra digər ölkələrin də Fələstin və İsrail arasında birbaşa danışıqları bərpa etmək və BMT-nin, bütün mövcud qərarlarının tam şəkildə həyata keçirilməsinə doğru irəliləməyə başlamağın yolunu tapmaqda maraqlı olduğuna diqqət çəkib. "Hələ ki, biz belə bir hərəkəti müşahidə etmirik, əksinə, BMT-nin bütün bu qətnamələrini unudaraq, məsələləri öz məcrasına yönəltmək cəhdləri var. Bu, qəbuledilməzdir və burada bir çox başqa məsələlərdə olduğu kimi, omanlı və digər ərəb dostlarımızla tam həmrəyliyimiz var", - deyə nazir bildirib. Rusiya Xarici Işlər Nazirliyinin rəhbəri "etibarlı və afişa olunmayan etimad mühitinin yaradılmasına yönəlmiş dialoqun tələb olunduğu bir çox hallarda yaxşı vasitəçilik xidmətləri göstərən Omanın xüsusi rolunu" qeyd edib. "Biz Omanın, eləcə də müvafiq ehtiyacla üzləşən bütün digər ölkələrin bu rolunu yüksək qiymətləndiririk", - deyə o, fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
oman
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_340:0:3071:2048_1920x0_80_0_0_229334065200becfa4bc4d972f4c776d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, oman
Yaxın Şərq nizamlanması dərin çıxılmaz vəziyyətə düşüb – Lavrov
Rusiyanın xarici işlər naziri etibarlı və afişa olunmayan etimad mühitinin yaradılmasına yönəlmiş dialoqun tələb olunduğu bir çox hallarda yaxşı vasitəçilik xidmətləri göstərən Omanın xüsusi rolunu qeyd edib.
BAKI, 11 iyul — Sputnik. Fələstin-İsrail nizamlanması prosesi dərin çıxılmaz vəziyyətdədir. Bunu çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Dünən, bildiyiniz kimi, Yaxın Şərq nizamlanması probleminə, dərin çıxılmaz vəziyyətə düşmüş və mövcud durğunluğun aradan qaldırılması üçün xüsusi diqqət, xüsusi səylər tələb edən Fələstin-İsrail nizamlanmasına xüsusi diqqət yetirilib. Bizim ərəb dostlarımızın müvafiq ideyaları var, Rusiya da bəzi təşəbbüslərlə çıxış edib", - deyə o bildirib.
Lavrov bir sıra digər ölkələrin də Fələstin və İsrail arasında birbaşa danışıqları bərpa etmək və BMT-nin, bütün mövcud qərarlarının tam şəkildə həyata keçirilməsinə doğru irəliləməyə başlamağın yolunu tapmaqda maraqlı olduğuna diqqət çəkib.
"Hələ ki, biz belə bir hərəkəti müşahidə etmirik, əksinə, BMT-nin bütün bu qətnamələrini unudaraq, məsələləri öz məcrasına yönəltmək cəhdləri var. Bu, qəbuledilməzdir və burada bir çox başqa məsələlərdə olduğu kimi, omanlı və digər ərəb dostlarımızla tam həmrəyliyimiz var", - deyə nazir bildirib.
Rusiya Xarici Işlər Nazirliyinin rəhbəri "etibarlı və afişa olunmayan etimad mühitinin yaradılmasına yönəlmiş dialoqun tələb olunduğu bir çox hallarda yaxşı vasitəçilik xidmətləri göstərən Omanın xüsusi rolunu" qeyd edib.
"Biz Omanın, eləcə də müvafiq ehtiyacla üzləşən bütün digər ölkələrin bu rolunu yüksək qiymətləndiririk", - deyə o, fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.