Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Belçikadakı səfiri: NATO-nun yeni planları Rusiya ilə toqquşma riskini artırır

© Sputnik / Владимир ТрефиловRusiya və ABŞ bayraqları, arxiv
Rusiya və ABŞ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Diplomat bildirib ki, bu cür qərarlar yalnız qarşıdurmanı gücləndirir və bundan sonrakı nəticələrlə Rusiya ilə NATO blokunun üzvləri arasında birbaşa toqquşma risklərini artırır.
BAKI, 11 iyul — Sputnik. İyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə təsdiqlənməsi planlaşdırılan NATO-nun yeni regional müdafiə planları alyansın Rusiyaya qarşı qarşıdurma xəttini uzun illər ərzində möhkəmləndirəcək. Bunu Rusiyanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Tokovinin RİA Novosti-yə müsahibəsində bildirib.
Hazırda NATO-nun Brüsseldəki qərargahı ilə təmaslara cavabdeh olan rusiyalı diplomat qarşıdan gələn NATO sammiti ilə bağlı fikirlərini bölüşüb.

"Bu addımlar Avropada, Avro-Atlantikada təhlükəsizliyə xələl gətirir, hazırkı vəziyyətin təhlükəsini artırır. Bu, qarşıdurma xəttinin təsdiqidir və onlar onu uzun illər NATO-nun strateji konsepsiyasına uyğun olaraq möhkəmləndirməyə çalışırlar. Rusiya blok üzvlərinin təhlükəsizliyinə əsas və ən yaxın təhdid kimi müəyyən edilən strateji konspesiya ötən il Madriddə qəbul edilib", - Tokovinin bildirib.

Onun fikrincə, bu cür qərarlar yalnız qarşıdurmanı gücləndirir və bundan sonrakı nəticələrlə Rusiya ilə NATO blokunun üzvləri arasında birbaşa toqquşma risklərini artırır.
Diplomat qeyd edib ki, Avropa məkanının Rusiya sərhədlərindən qərbə doğru hərbiləşdirilməsinin ümumi tendensiyası həm də qarşıdurma məqsədi daşıyır.
"Bu, fəal şəkildə davam etdirilir və onun komponentlərindən biri də müdafiə xərclərinin artırılması tələbləridir", - Rusiya səfiri qeyd edib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans ölkələrinin liderləri iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə əsas təhlükələrlə – "terrorizm və Rusiya" ilə mübarizə üçün üç yeni regional müdafiə planını təsdiq edəcəklər. Şimalda müdafiə planı Atlantik və Avropa Arktikasını əhatə edəcək. Mərkəzi region Baltikyanı və Mərkəzi Avropanı əhatə edir. Cənub planı Aralıq dənizi və Qara dəniz regionları üçün nəzərdə tutulub. Stoltenberq hesab edir ki, NATO-nun bu planlarını həyata keçirmək üçün müttəfiqlər əhəmiyyətli hava və dəniz qabiliyyəti də daxil olmaqla 300.000 əsgəri yüksək hazırlıq vəziyyətində saxlamalıdırlar.
Minlərlə səhifəlik gizli planlar Soyuq Müharibədən sonra ilk dəfə olaraq alyansın guya "Rusiya hücumu" halında necə cavab verməyi planlaşdırdığını təsvir edir.
Son illərdə Rusiya NATO-nun qərb sərhədləri boyunca görünməmiş fəaliyyətini bildirir. Alyans təşəbbüsləri genişləndirir və bunu "Rusiya təcavüzünün qarşısının alınması" adlandırır. Moskva dəfələrlə Avropada müttəfiq qüvvələrin yaradılmasından narahatlığını bildirib. Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə məhəl qoymayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0