Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Ukraynada münaqişənin yalnız gərginləşməsində maraqlıdır - Matviyenko

© Photo : Press office of Federal Assembly of the Russian FederationRusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko, arxiv
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko, arxiv - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Rusiya Federasiya Şurasının spikeri bildirib ki, Kollektiv Qərb, NATO münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
BAKI, 11 iyul — Sputnik. Kollektiv Qərb və NATO Ukraynada münaqişənin yalnız gərginləşməsində maraqlıdır, münaqişənin sülh yolu ilə həllində isə maraqlı deyil. Bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.

"Bu gün biz Qərbdə baş verənləri görürük. Kollektiv Qərb, NATO münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onlar əksinə, onun uzanmasında, eskalasiyasında maraqlıdırlar. Bunu silahların artırılması da təsdiqləyir", - o jurnalistlərə bildirib.

Valentina Matvienkonun başçılıq etdiyi Federal Məclisin nümayəndə heyəti iyulun 9-dan 12-dək Çində səfərdədir. Səfər Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Letsinin dəvəti ilə baş tutur.
Xatırladaq ki, ötən gün Çin sədri Si Cinpin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Çin rəhbəri ölkəsinin Rusiya Federasiyası ilə tərəfdaşlığı inkişaf etdirmək və sabit və ədalətli dünya qurmağa kömək etmək üçün işləməyə hazır olduğunu bildirib.
ÇXR lideri həmçinin qeyd edib ki, Çin və Rusiya dünya gücləridir və bəşəriyyətin inkişafı və tərəqqisi üçün mühüm məsuliyyət daşıyırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0