Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşırıq - Lavrov

© Sputnik / Владимир АстапковичRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Lavrov Qərbin Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə münasibətini ədalətsizlik adlandırıb.
BAKI, 10 iyul — Sputnik. Rusiya Federasiyası, Qərbin Ukraynadakı vəziyyəti qlobal fəlakət kimi təqdim etmək cəhdləri ilə bağlı Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Qərbin diqqəti daim Ukrayna problemini müzakirəyə çıxarmağa çalışdığına diqqət çəkib.
"Onlar bildirirlər ki, guya Rusiyanı məğlub etməlidirlər, çünki bu, gələcəkdə hansı ölkənin dünyaya hakim olacağını müəyyənləşdirir", - Lavrov deyib.
"Hesab edirəm ki, bu, Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə (Fələstin-İsrail münaqişəsi, həmçinin İraq, Liviya və Suriya problemləri) münasibətdə ədalətsizlikdir", - Rusiya diplomatiyasının rəhbəri bildirib.
Xəbər lenti
0