QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan sülh danışıqlarındakı boşluqdan yararlanmağa çalışır - Hərbi ekspert

Zəfər yolu - Sputnik Azərbaycan, 1920, 09.07.2023
Abunə olmaq
Ekspert hesab edir ki, hazırda Azərbaycanın siyasi üstünlüyünün əsas səbəbi döyüş meydanında əldə edilmiş zəfərdir.
BAKI, 9 iyul - Sputnik. "Bu gün Azərbaycanın siyasi üstünlüyünün əsas səbəbi döyüş meydanında əldə etdiyimiz uğurdur, qələbədir". Bu barədə Azərtac-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, müharibədən sonra, yəni 2020-ci ildə noyabrın 10-dan sonra Ermənistan ordusu həm Qarabağda, həm də şərti sərhəd bölgəsində - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində ciddi mövqe itkisi ilə üz-üzə qaldı. Daha əvvəl 2016-cı, 2020-ci illərdə isə Naxçıvan Muxtar Respublikası ərazisində də Ermənistan ordusu bir sıra itkilərlə üzləşdi. 2018-ci il Günnüt əməliyyatı və həmçinin Sədərək Arazdəyən, yəni Vedi rayonu istiqamətində müəyyən mövqeləri itirdi. Bunun da səbəbi həmin istiqamətlərdə Ermənistan ordusunun müəyyən əməliyyat, təxribat, kəşfiyyat tədbirləri idi. Azərbaycan Ordusunun həmin mövqeləri yenidən nəzarətə götürməsi əslində ədalətin yenidən bərpa olunmasıdır. İnzibati baxımdan həmin ərazilər bizim mövqelərimiz və torpaqlarımızdır. Sadəcə, 1990-cı illərin əvvəllərində Ermənistan ordusu, özünümüdafiə batalyonları, taborları həmin istiqamətdə müəyyən üstünlüklər əldə etmişdilər.
Ekspert qeyd edib ki, baş verən təxribatlarda yalnız siyasi amillərlə deyil, strateji və taktiki vəziyyət bir çox hallarda daha üstün olur.

"Ermənilər Qarabağ ərazisində Qırxqız istiqamətində mövqelərini gücləndirməyə, həmin yüksəkliyi tutmaq istəyirdilər. Həmçinin o ərazidən Kəlbəcər rayonu istiqamətində mövqelərimizin vizual və optik cihazlarla görmək imkanı əldə etməyə çalışırdılar. Eləcə də Xankəndinin şimal istiqamətində mövqelərini möhkəmləndirməyə səy göstərirdilər. Lakin buna nail olmadılar və biz üstünlüyük əldə etdik", - deyə R.Məmmədli bildirib.

Onun sözlərinə görə, törədilən silahlı təxribatlara, atəşkəsə nəzər yetirsək bir məqam xüsusi diqqəti cəlb edir. Artıq bir neçə həftədir ki, ermənilər məhz Qarabağda mövqelərimizin qarşısında müdafiə sədlərini yaratmağa, fortifikasiya qurğularını və yaxud səngərlərin qazılmasına çalışırlar. Belə təəssürat yaranır ki, onlar növbəti müdafiə xətti qurmaqda maraqlıdırlar və onların xəstə təxəyyülündə Ermənistanın kömək göstərdiyi "Dağlıq Qarabağ"ın mövcudluğunu, hələ də belə olmayan bir şeyi təsəvvür edirlər.
"Bu həm də siyasi hərbi nöqteyi-nəzərdən ermənilərin öz aləmlərində atdığı düzgün addımdır. Amma reallıqda biz hər dəfə onların müdafiə xətlərinin çəkilməsinin qarşısını alırıq. Hərbi dil siyasi, diplomatik danışıqlarda mövqeyi daha da gücləndirir. Bu kontekstdə məsələyə yanaşsaq görərik ki, bu gün Azərbaycanın siyasi üstünlüyünün əsas səbəbi döyüş meydanında əldə etdiyimiz zəfərdir".
© AR Ministry of DefenceXocavənd ərazisi, arxiv
На территории Ходжавенда - Sputnik Azərbaycan, 1920, 08.07.2023
Xocavənd ərazisi, arxiv
R.Məmmədli onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif vaxtlarda mühəndis-istehkam işlərinin həyata keçirilməsi cəhdinin qarşısı alınıb. Ermənilər səngər qazmağa çalışırlar, müdafiə xətti formalaşdırmağa çalışırlar:

"Hücuma meyilli dərin müdafiə xətti formalaşdırırlar və yaxud da mühəndis-istehkam sədləri qurulur. İstənilən halda müdafiə xəttinin formalaşdırılmasına cəhd yalnız bir formada anlaşıla bilər ki, Ermənistan ordusu Qarabağ ərazisində mövqeyini gücləndirməyə çalışır. Qarşı tərəf müəyyən qədər ərazini neytral bölgə olaraq saxlamağa cəhd edir. Yəni artıq bir tərəfdə səngər varsa, digər müdafiə xətti ilə arada olan neytral boşluğun, istifadə olunması mümkün olmayan ərazidir. Davamlı olaraq hərbi manevrlərin və əməliyyatların həyata keçiriləcəyi ərazidir".

Hərbi şərhçi bildirib ki, bu bir daha müharibədən sonra Ermənistan Müdafiə Nazirliyinin Qarabağda Əlahiddə Ordusunun Ümumqoşun Ordusunun mövcudluğu təsdiq edir. Ermənistanın mühəndis-istehkam işləri adi separatçı qrup qoşunları, birləşmələri və yaxud da özünümüdafiə taboru səviyyəsində aparılan işlər deyil. Bu, nizami ordu birləşməsinin həyata keçirmək istədiyi tapşırıqdır. Bu tapşırıq onlara İrəvandan verilib. Ermənistan Müdafiə Nazirliyindən gələn bu tapşırığı israrla icra etməyə səy göstərirlər. Azərbaycanda bunun yaradılmasını, həmin səngərlərin, mühəndis-istehkam xəttinin qurulmasının, yəni təmas xəttinin formalaşdırılmasının qarşısını alır. Çünki Prezident İlham Əliyev də Vətən müharibəsi dövründə, müharibədən sonra da dəfələrlə bildirib ki, təmas xətti deyilən anlayış artıq yoxdur. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan sülh danışıqlarındakı boşluqdan yararlanmağa çalışır. Təcavüzkar ölkə hərbi durumu, müəyyən məqamları gələcəkdə öz xeyrinə dəyişmək üçün bölmələr yaratmağa və orada yeni mövqelər formalaşdırmağa cəhd edir.

“Ermənistanın ordu birləşmələrinin bu təxribatlara əl atması, birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn addımdır. Digər vasitəçi dövlətlər bu məsələyə konkret reaksiya verməlidirlər və baş verən hadisələrlə bağlı rəsmi İrəvana ciddi irad tutulmalıdır. Çünki xatırladım ki, 44 günlük Vətən müharibəsinin başlama səbəbləri Nikol Paşinyanın iddiaları açıqlamaları, “Qarabağ Ermənistandır və nida” fikri, Şuşada eyş-işrətlə məşğul olması, bu ölkənin keçmiş müdafiə nazirinin digər bölgələri də işğal edəcək kimi açıqlamaları, son nəticədə isə Tovuzda daha vacib əhəmiyyətli məntəqənin ələ keçirilməsi cəhdləri idi. Mən də bu təxribatları faktiki olaraq işğalın başqa formatı kimi xarakterizə edirəm. Ermənilərin Qarabağda səngər qazmaq cəhdləri əslində Azərbaycan ərazisində işğal cəhdini yeniləməkdir. Bu kimi halların qarşısı alınmalıdır, lazım gələrsə, xüsusi əməliyyat da keçirilməlidir ki, Qarabağdakı erməni separatçı hərbi birləşmələri zərərsizləşdirilsin, onların hərbi hissələri sıradan çıxarılsın”, - deyə mərkəzin rəhbəri əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0