https://sputnik.az/20230708/qosulmama-herekatinin-rusiya-idmancilarina-da-aid-olan-qerari-sevindiricidir---zaxarova-456619752.html
Qoşulmama Hərəkatının Rusiya idmançılarına da aid olan qərarı sevindiricidir - Zaxarova
Qoşulmama Hərəkatının Rusiya idmançılarına da aid olan qərarı sevindiricidir - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına dair Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasının... 08.07.2023, Sputnik Azərbaycan
2023-07-08T14:17+0400
2023-07-08T14:17+0400
2023-07-08T14:17+0400
rusiya
mariya zaxarova
qoşulmama hərəkatının nazirlər konfransı
idman
olimpiya
paris
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_0:0:3095:1742_1920x0_80_0_0_016589b56cb0a8956aa77dfba2a9a9df.jpg
BAKI, 8 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına dair Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasının İyulun 6-da Bakıda qəbul edilmiş qərarını şərh edib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın şərhində deyilir ki, Rusiya idmanı ətrafında Qərb ölkələrinin anti-Rusiya koalisiyasının başlatdığı sanksiya isteriyası fonunda RF idmançılarının beynəlxalq yarışlara buraxılması məsələsinə dünya idmanında baş verənlərə sağlam və adekvat baxışın getdikcə daha aydın şəkildə formalaşı, üstəlik, AŞPA-dan fərqli olaraq, qarşıdurma deyil, birləşdirici gündəliyi təbliğ edən daha çox təmsilçi təşkilat və birliklər tərəfindən belə bir qərarın qəbul edilməsi sevindiricidir.Xatırladaq ki, 19-23 iyun tarixlərində BOK-u rusiyalı idmançıların təkcə Fransada keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında deyil, həm də Ukraynadakı münaqişə bitənə qədər “bütün digər əsas idman tədbirlərində” iştirakını qadağan etməyə çağıran qətnamə qəbul edilib.Qeyd edilib ki, 1961-ci ildə yaradılmış Qoşulmama Hərakatı 120 ölkəni və ya BMT-nin say tərkibinin 60%-ni, dünya əhalisinin təxminən 55%-ni birləşdirir.XİN rəsmisinin şərhində bildirilir ki, qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”."Bəyannamədə həmçinin vurğulanır ki, Olimpiya Hərəkatına daxil olan idman təşkilatları Olimpiya Xartiyasında nəzərdə tutulduğu kimi neytrallığı qoruyub saxlamalı və Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı “bütün müxtəlifliyi ilə bəşəriyyətin birlik simvolu olacaq”, - deyə M.Zaxarovanın şərhində qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_355:0:3084:2047_1920x0_80_0_0_72d3c1b9088bc1ecdc725c2b9de16457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, qoşulmama hərəkatının nazirlər konfransı, idman, olimpiya, paris
mariya zaxarova, qoşulmama hərəkatının nazirlər konfransı, idman, olimpiya, paris
Qoşulmama Hərəkatının Rusiya idmançılarına da aid olan qərarı sevindiricidir - Zaxarova
Rusiya XİN rəsmisi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına dair Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasının İyulun 6-da Bakıda qəbul edilmiş qərarını şərh edib.
BAKI, 8 iyul - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına dair Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasının İyulun 6-da Bakıda qəbul edilmiş qərarını şərh edib.
Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın şərhində deyilir ki, Rusiya idmanı ətrafında Qərb ölkələrinin anti-Rusiya koalisiyasının başlatdığı sanksiya isteriyası fonunda RF idmançılarının beynəlxalq yarışlara buraxılması məsələsinə dünya idmanında baş verənlərə sağlam və adekvat baxışın getdikcə daha aydın şəkildə formalaşı, üstəlik, AŞPA-dan fərqli olaraq, qarşıdurma deyil, birləşdirici gündəliyi təbliğ edən daha çox təmsilçi təşkilat və birliklər tərəfindən belə bir qərarın qəbul edilməsi sevindiricidir.
Xatırladaq ki, 19-23 iyun tarixlərində BOK-u rusiyalı idmançıların təkcə Fransada keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında deyil, həm də Ukraynadakı münaqişə bitənə qədər “bütün digər əsas idman tədbirlərində” iştirakını qadağan etməyə çağıran qətnamə qəbul edilib.
"Bu kontekstdə biz Qoşulmama Hərəkatının (QHH) Koordinasiya Bürosunun nazirlər iclasının sonunda bu Təşkilatın tarixində ilk dəfə olaraq qarşıdan gələn, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına və Paralimpiya Oyunlarıdair Xüsusi Bəyannamənin qəbul edilməsini alqışlayırıq", - deyə RF XİN rəsmisinin şərhində bildirilir.
Qeyd edilib ki, 1961-ci ildə yaradılmış Qoşulmama Hərakatı 120 ölkəni və ya BMT-nin say tərkibinin 60%-ni, dünya əhalisinin təxminən 55%-ni birləşdirir.
XİN rəsmisinin şərhində bildirilir ki, qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”.
"Bəyannamədə həmçinin vurğulanır ki, Olimpiya Hərəkatına daxil olan idman təşkilatları Olimpiya Xartiyasında nəzərdə tutulduğu kimi neytrallığı qoruyub saxlamalı və Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı “bütün müxtəlifliyi ilə bəşəriyyətin birlik simvolu olacaq”, - deyə M.Zaxarovanın şərhində qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.