Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı nazir taxıl yığımı ilə bağlı proqnozları açıqladı

© AP Photo / Efrem Lukatskytaxıl
taxıl  - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Nazir 6 milyon tona yaxın taxıl yığıldığını və tezliklə fermerlərin sutkalıq taxıl yığımı həcmini 1 milyon tona çatdıracaqlarını bildirib.
BAKI, 7 iyul — Sputnik. Bu il Rusiya Federasiyasında taxıl yığımı proqnozu indiyədək 123 milyon ton təşkil edir, məhsul yığımı zamanı onu artıma doğru tənzimləmək olar. Bunu Kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
"Konkret rəqəmlərdən danışsaq, hələlik biz istehsal proqnozlarında eyni həcmə - 123 milyon tona əməl edirik. Bunun 78 milyon tonu buğda olmalıdır", - Patruşev Ümumrusiya Tarla Günü sərgisinin açılışında deyib.
Nazirin sözlərinə görə, hər şey yığımın necə keçəcəyindən, hava şəraitindən asılı olacaq.
"Ola bilsin ki, müəyyən müddətdən sonra məhsulu artıma doğru tənzimləmək imkanımız olacaq", - o əlavə edib.
Patruşev qeyd edib ki, bu il yığım işləri həmişəki kimi, plana uyğun gedir. Artıq 6 milyon tona yaxın taxıl yığılıb və tezliklə fermerlər sutkalıq taxılın həcmini 1 milyon tona çatdıracaqlar.
Xəbər lenti
0