https://sputnik.az/20230707/rusiya-xn-qerb-rusiyanin-muttefiqlerine-tezyiq-ederek-kiyeve-silah-oturmeye-calisir-456608416.html
Rusiya XİN: Qərb Rusiyanın müttəfiqlərinə təzyiq edərək Kiyevə silah ötürməyə çalışır
Rusiya XİN: Qərb Rusiyanın müttəfiqlərinə təzyiq edərək Kiyevə silah ötürməyə çalışır
Sputnik Azərbaycan
Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir və müttəfiqlərini müvafiq çağırışlara boyun... 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T22:24+0400
2023-07-07T22:24+0400
2023-07-07T22:24+0400
rusiya
xin
rusiya xin
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135489_0:141:3141:1907_1920x0_80_0_0_6b80983d66d059a0b3691b632de8e004.jpg
BAKI, 7 iyul — Sputnik. Qərb ölkələri və Ukrayna Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), BRİKS, Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) müttəfiqlərinə silahların Kiyevə ötürülməsini təşkil etmək üçün təzyiq göstərir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir. O, Qərbin bu məsələdə orta əsrlər inkvizisiyasının üsulları ilə digər dövlətlərə təzyiq göstərdiyini, bunun üçün hədə-qorxu və şantajdan istifadə etdiyini diqqətə çatdırıb. "Rusiya müttəfiqlərini müvafiq çağırışlara boyun əyməməyə çağırır. Üçüncü ölkələrin Ukraynanı silahla təmin etmək üçün istənilən cəhdləri Moskva ilə ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.", - deyə Zaxarova sözünə davam edib. Rusiyada Ukraynaya Qərb dövlətləri tərəfindən həyata keçirilən silah-sursat tədarükünün əleyhinə çıxırlar. Kreml bildirib ki, Kiyevi silahla təmin etmək sülh danışıqlarına müsbət təsir göstərmir və münaqişəni daha da gərginləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun daha əvvəl qeyd etdiyi kimi, Qərb Kiyev rejimini silahla təchiz etməkdən ötrü vaxt udmaq üçün Ukraynadakı münaqişəni dondurmağa çalışır. Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırarsa, xüsusi əməliyyat bir neçə günə başa çatdırıla bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135489_204:0:2935:2048_1920x0_80_0_0_c7860326ab50a8551cae49955682dfb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xin, rusiya xin, mariya zaxarova
xin, rusiya xin, mariya zaxarova
Rusiya XİN: Qərb Rusiyanın müttəfiqlərinə təzyiq edərək Kiyevə silah ötürməyə çalışır
Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir və müttəfiqlərini müvafiq çağırışlara boyun əyməməyə çağırır.
BAKI, 7 iyul — Sputnik. Qərb ölkələri və Ukrayna Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), BRİKS, Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) müttəfiqlərinə silahların Kiyevə ötürülməsini təşkil etmək üçün təzyiq göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi Qərbin tələbi ilə Kiyev rejiminə silah təhvil verməyə razı olmayan ölkələrə minnətdarlığını bildirir. O, Qərbin bu məsələdə orta əsrlər inkvizisiyasının üsulları ilə digər dövlətlərə təzyiq göstərdiyini, bunun üçün hədə-qorxu və şantajdan istifadə etdiyini diqqətə çatdırıb.
"Rusiya müttəfiqlərini müvafiq çağırışlara boyun əyməməyə çağırır. Üçüncü ölkələrin Ukraynanı silahla təmin etmək üçün istənilən cəhdləri Moskva ilə ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.", - deyə Zaxarova sözünə davam edib.
Rusiyada Ukraynaya Qərb dövlətləri tərəfindən həyata keçirilən silah-sursat tədarükünün əleyhinə çıxırlar. Kreml bildirib ki, Kiyevi silahla təmin etmək sülh danışıqlarına müsbət təsir göstərmir və münaqişəni daha da gərginləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun daha əvvəl qeyd etdiyi kimi, Qərb Kiyev rejimini silahla təchiz etməkdən ötrü vaxt udmaq üçün Ukraynadakı münaqişəni dondurmağa çalışır.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırarsa, xüsusi əməliyyat bir neçə günə başa çatdırıla bilər.