https://sputnik.az/20230706/xususi-numayende-cenubi-qafqaz-regionuna-sefer-edecek-456576166.html
Xüsusi nümayəndə Cənubi Qafqaz regionuna səfər edəcək
Xüsusi nümayəndə Cənubi Qafqaz regionuna səfər edəcək
Sputnik Azərbaycan
Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfləri ilə təmasları dəstəkləyir. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T15:22+0400
2023-07-06T15:22+0400
2023-07-06T20:32+0400
rusiya
iqor xovayev
ermənistan
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427578611_0:228:2828:1819_1920x0_80_0_0_f5f4080eb0d4a05ebcca638aaf48b15b.jpg
BAKI, 6 iyul - Sputnik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Cənubi Qafqaz regionuna səfər edəcək.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, Xovayevin Ermənistan və Azərbaycan səfəri yaxın zamanda baş tutacaq.XİN rəsmisi qeyd edib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfləri ilə təmasları dəstəkləyir.“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəflərin özündən, onların siyasi iradəsindən, bir-birinə qarşı güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk”, - Rusiya XİN sözçüsü vurğulayıb.Zaxarova ötən il Laçın yolunun marşrutunun dəyişməsindən də danışıb. O bildirib ki, bu marşrut 9 noyabr 2020-ci il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı əsasında dəyişib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427578611_49:0:2780:2048_1920x0_80_0_0_a385aa31919c03c89fd405ebbfde55f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqor xovayev, ermənistan, cənubi qafqaz
iqor xovayev, ermənistan, cənubi qafqaz
Xüsusi nümayəndə Cənubi Qafqaz regionuna səfər edəcək
15:22 06.07.2023 (Yenilənib: 20:32 06.07.2023) Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfləri ilə təmasları dəstəkləyir.
BAKI, 6 iyul - Sputnik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Cənubi Qafqaz regionuna səfər edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Xovayevin Ermənistan və Azərbaycan səfəri yaxın zamanda baş tutacaq.
XİN rəsmisi qeyd edib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfləri ilə təmasları dəstəkləyir.
“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəflərin özündən, onların siyasi iradəsindən, bir-birinə qarşı güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova ötən il Laçın yolunun marşrutunun dəyişməsindən də danışıb. O bildirib ki, bu marşrut 9 noyabr 2020-ci il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı əsasında dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.