https://sputnik.az/20230706/turkiyede-rusiyali-turistler-ucun-istirahet-bahali-zovqe-cevrilir-456520552.html
Türkiyədə rusiyalı turistlər üçün istirahət bahalı zövqə çevrilir
Türkiyədə rusiyalı turistlər üçün istirahət bahalı zövqə çevrilir
Sputnik Azərbaycan
KİV-lər bildiri ki, Türkiyənin turizmə olan ümidləri inflyasiya üzündən təhlükə altındadır. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T08:33+0400
2023-07-06T08:33+0400
2023-07-06T08:33+0400
istirahət
rusiya
türkiyə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407300_0:161:3071:1888_1920x0_80_0_0_00f6909ad7aecedc2367eb452b85e870.jpg
BAKI, 6 iyul — Sputnik. Türkiyədə rusiyalı turistlər üçün istirahət bahalı zövqə çevrilir, turizm sektoru yüksək inflyasiya şəraitində qiymətləri aşağı sala bilmir və potensial müştəri isə alternativ variantlar (xüsusən də Misir kimi) axtarmağa başlayır. Bu barədə Türkiyənin "Ekonomigazetesi" nəşri yazır. Rusiya Turoperatorları Assosiasiyası (RTOA) bu yaxınlarda bildirib ki, Türkiyəyə səyahət etmək üçün orta hesab COVİD-dən əvvəlki dövrlərlə müqayisədə 70-90% artıb və rusiyalı turistlərin axını isə xeyli çox azalıb, lakin bahalı hotellərə və əlavə xidmətlərə pul xərcləyə bilənlər daha çox olub. Ötən il Türkiyəyə 5,2 milyon rusiyalı turistin gəldiyini, bu il isə onların sayının 4 milyona düşə biləcəyini bildirən Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Taras Kobişşanov bildirib ki, Türkiyədə hotel qiymətləri əhəmiyyətli dərəcədə artıb və bu vəziyyət tələbata mənfi təsir göstərəcək. "Corendon" turizm firmasının sədri Yıldıray Karayer bildirib ki, əvvəlcə pandemiya, sonra da tənəzzül və Ukraynadakı vəziyyət turizm sektoruna mənfi təsir göstərib. "Hər sahədə xərclər artdıqca qiymətlər də artır. Turizm sahəsindəki oyunçular öz kredit və borclarını ödəmək və eyni zamanda öz büdcələrini həyata keçirmək üçün pul qazanmağa çalışırlar; bunun üçün qiymətləri aşağı salmamağa çalışırlar. Qiymətlər yüksək olduğundan, biz Belçika və Hollandiyadan daşıyacağımız sərnişinlərin sayı ilə bağlı yeni planlar hazırladıq. Türkiyə bahalı ölkəyə çevrilib", - deyə turizm firmasının sədri qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407300_171:0:2902:2048_1920x0_80_0_0_749e506a4de7c8c001c3ecf7e1337a48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istirahət, türkiyə, rusiya
istirahət, türkiyə, rusiya
Türkiyədə rusiyalı turistlər üçün istirahət bahalı zövqə çevrilir
KİV-lər bildiri ki, Türkiyənin turizmə olan ümidləri inflyasiya üzündən təhlükə altındadır.
BAKI, 6 iyul — Sputnik. Türkiyədə rusiyalı turistlər üçün istirahət bahalı zövqə çevrilir, turizm sektoru yüksək inflyasiya şəraitində qiymətləri aşağı sala bilmir və potensial müştəri isə alternativ variantlar (xüsusən də Misir kimi) axtarmağa başlayır. Bu barədə Türkiyənin "Ekonomigazetesi" nəşri yazır.
Rusiya Turoperatorları Assosiasiyası (RTOA) bu yaxınlarda bildirib ki, Türkiyəyə səyahət etmək üçün orta hesab COVİD-dən əvvəlki dövrlərlə müqayisədə 70-90% artıb və rusiyalı turistlərin axını isə xeyli çox azalıb, lakin bahalı hotellərə və əlavə xidmətlərə pul xərcləyə bilənlər daha çox olub.
"Türkiyənin turizmə olan ümidləri inflyasiya səbəbindən təhlükə altındadır. Son bir ildə xərclərin 100% artması Türkiyə hotellərindəki qiymətlərinə də təsir edib. Əvvəllər rusiyalı turistlər üçün 200 min rubl olan Türkiyədə tətillər indi 300-400 min rubla yüksəlib. Avropa bazarında Türkiyə indi demək olar ki, Yunanıstan kimidir, ancaq İspaniyadan bahalıdır. Rusiyalı turistlər üçün Türkiyə Maldiv adalarından da bahalı olur və bu, həyəcan siqnalıdır. Xərclər artdıqca otaq qiymətlərin artmalı olduğunu vurğulayan sektor nümayəndələri, yüksək qiymətlərə görə avropalı turistlərin də oktyabrda başlayacaq 2024-cü il müqaviləsi üzrə (turizm agentlikləri ilə) rəqiblərə üz tutacaqlarından qorxurlar", - qəzet yazır.
Ötən il Türkiyəyə 5,2 milyon rusiyalı turistin gəldiyini, bu il isə onların sayının 4 milyona düşə biləcəyini bildirən Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Taras Kobişşanov bildirib ki, Türkiyədə hotel qiymətləri əhəmiyyətli dərəcədə artıb və bu vəziyyət tələbata mənfi təsir göstərəcək.
"STR Global-ın məlumatına görə, aprel ayında Antalyada satılan otağın gündəlik qiyməti keçən ilə nisbətən 37,4% artaraq 110 avro, İstanbulda isə 138 avro olub. "TÜRSAB" idarə heyətinin üzvü Hamit Kuk da Türkiyədə inflyasiyanın onun rəqibləri olan İspaniya və Yunanıstandan daha yüksək olduğunu və rusiyalı turistlərin Misirə üstünlük verməyə başladığını bildirib. Bu ölkədə qiymətlərin aşağı düşməsi rusiyalı turistlərin istiqamətlənməsinə də təsir göstərib. Misirdə hotel qiymətləri 2022-ci ilin əvvəli ilə müqayisədə 50%-ə qədər enib, tur qiymətləri isə cəmi bir ayda 35%-ə qədər azalıb", - qəzet qeyd edir.
"Corendon" turizm firmasının sədri Yıldıray Karayer bildirib ki, əvvəlcə pandemiya, sonra da tənəzzül və Ukraynadakı vəziyyət turizm sektoruna mənfi təsir göstərib.
"Hər sahədə xərclər artdıqca qiymətlər də artır. Turizm sahəsindəki oyunçular öz kredit və borclarını ödəmək və eyni zamanda öz büdcələrini həyata keçirmək üçün pul qazanmağa çalışırlar; bunun üçün qiymətləri aşağı salmamağa çalışırlar. Qiymətlər yüksək olduğundan, biz Belçika və Hollandiyadan daşıyacağımız sərnişinlərin sayı ilə bağlı yeni planlar hazırladıq. Türkiyə bahalı ölkəyə çevrilib", - deyə turizm firmasının sədri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.