Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İstehlakçı hüququnu qoruyan dövlət orqanı demək olar ki, işləmir - AİB sədri

© Sputnik / Murad Orujovİstirahət mərkəzi, arxiv
İstirahət mərkəzi, arxiv - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Vətəndaş Dalga Beach Aquapark Resort-da müştərilər üçün yaradılmış şəraitdən niyə şikayətçidir? Ətraflı yazıda oxuyun.
BAKI, 6 iyul — Sputnik. Bakıda giriş pullu olan dənizkənarı istirahət mərkəzlərindən (özəl çimərliklər) şikayətlər var. Bu günlərdə Dalga Beach Aquapark Resort-da dincələn jurnalist Gülnar Nazimqızı *Facebook sosial şəbəkə hesabında sözügedən istirahət mərkəzində qanunsuzluqlardan şikayətlənib. O, bildirib ki, bu dənizkənarı istirahət mərkəzinə giriş adi günlərdə bir nəfər üçün 25 manatdır.
Dolabdan istifadə edənlərdən isə əlavə 10 manat tələb olunur. İstirahət mərkəzinə günorta saat 13:00-dan sonra isə giriş üçün 30 manat ödənilməlidir. Əgər müştəri oradan dənizə keçmək istəyirsə, bunun üçün də ayrı pul ödəməlidir. Müştərilərdən hər addımbaşı pul alınsa da, istirahət mərkəzində hovuzun ətrafında dincəlməyə boş yer yoxdur.

"Hər kəsdən ödəniş alıb qəbul edirlər. Bu zaman limit nəzərə alınmır. Amma içəridə camaat uzun növbə gözləyir. Deyirlər ki, "xoşundur da, budur, deyilsə də, budur". Hələ qapıda çantaların içərisini də yoxlayırlar. İçəri yemək və su buraxılmır. Nəhayət burada bir yer tapdıq. Şəkildə iki dənə yarım litr su və 3 dondurma üçün 28.60 qəpik ödədik. Digər fotodakı isə toyuq pizzasıdır. Fotoda toyuq ətini görsəniz mənə də göstərin. Aquparkda isə uzun növbələrlə sıraya düzülməlisən. Xidmət həqiqətən də çox bərbad idi. Hovuzda insan əlindən tərpənmək olmurdu. Paltar dəyişən yerdə isə sidik iyindən adam boğulurdu", - deyə jurnalist sosial şəbəkə hesabında yazıb.

G.Nazimqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hovuzu olduğu üçün insanlar bu məkana axın etsələr də, istirahət mərkəzinin rəhbərliyi giriş ödənişli olduğundan bütün müştəriləri qəbul edir. İçəri daxil olduqda isə nə yemək, nədəki su keçirməyə icazə verilmir.
İstirahət mərkəzində müştəri çox olduğundan ofisiantlar sifariş qəbul etməyə vaxt çatdıra bilmirlər. Bir sözlə, bu istirahət mərkəzində antisanitariya hökm sürür.
Dalga Beach Aquapark Resort-un rəhbərliyi isə iddialarla razılaşmır. İstirahtə mərkəzinin mətbuat katibi Ramal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istirahət mərkəzinə müştərilər qolbaq sayına uyğun buraxılır. Artıq müştəri qəbul edilmir. Oturmağa, istirahət etməyə kifayət qədər imkan var. O, bildirib ki, bütün bu iddialar əsassızdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda dənizkənarı istirahət mərkəzlərinin bəziləri ödənişli olsa da, qanunlara məhəl qoymadan özlərinə sərf edən qaydalar tətbiq edirlər. Birlik sədri bildirib ki, əslində çimərliklərə giriş ödənişli ola bilməz. Yalnız istirahət mərkəzlərinin xidmətlərindən istifadə edilərsə, ödəniş tələb edilməlidir.
© Sputnik / Kamilla AliyevaAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

"Çox təəssüf ki, istirahət mərkəzləri dənizin ətrafını hasarlayıb, giriş üçün qapı qoyub pul yığırlar. Dənizin ətrafı hasarlana bilməz. Dəniz xalqın sərvətidir. Ondan istifadəni heç bir sahibkar məhdudlaşdıra bilməz! Əgər hansısa sahibkar özünə sahibkarlıq obyekti yaradırsa, bunu dənizə girişə mane olmadan etməlidir", - deyə AİB sədri bildirib.

E.Hüseynov onu da bildirib ki, dənizkənarı istirahət mərkəzlərinə, aquaparklara yemək və suyun keçirilməsinə icazə verilməməsi istehlakçının hüququnun pozulmasıdır:

"Onlar istehlakçını məcbur edir ki, suyu da, yeməyi də onlardan alsın. Bu yolla qiyməti də diktə edirlər. Buna səbəb ölkəmizdə istehlakçı hüququnun qorunmamasıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub. Yeni qanunun qəbuluna ehtiyac var. İstehlakçı hüququnu qoruyan dövlət orqanı isə demək olar ki, işləmir".

* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0