Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqu Rusiyanın Vyetnamla bağlı planını açıqladı

© Sputnik / Ministry of Defence of the Russian Federation / Vadim Savitskii / Mediabanka keçid Serqey Şoyqu
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vyetnamı etibarlı müttəfiq adlandırıb və ölkələrin qarşılıqlı fəaliyyətinin onların fundamental maraqlarına cavab verdiyini qeyd edib.
BAKI, 6 iyul — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya və Vyetnam arasında üzbəüz idarələrarası əlaqələrin artırılmasının zəruriliyinə işarə edib.
"TASS" xəbər agentliyi bu barədə xəbər verib.
Cümə axşamı rusiyalı nazir Vyetnamın milli müdafiə nazirinin müavini Hoanq Suan Tien ilə görüşüb.
"Biz əlaqələri gücləndirmək və yeni perspektivli əməkdaşlıq sahələrini axtarmaq üçün üzbəüz idarələrarası əlaqələrin qurulmasının zəruriliyinə əminik. Çoxtərəfli formatlarda, ilk növbədə, "SMOA Plus" platformasında əməkdaşlığa böyük diqqət yetiririk. Biz bu cür əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıyıq", - deyə Şoyqu bildirib.
O, Vyetnamı etibarlı müttəfiq adlandırıb və ölkələrin qarşılıqlı fəaliyyətinin onların fundamental maraqlarına cavab verdiyini qeyd edib. Hoanq Suan Tien də öz növbəsində Rusiya ilə hərbi və hərbi-texniki əlaqələri inkişaf etdirmək niyyətini qeyd edib.
Əlavə edək ki, Şoyqu bir müddət əvvəl Kubanın müdafiə naziri Alvaro Lopeslə görüşüb. O, dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0