https://sputnik.az/20230706/polis-baki-kendlerinde-emeliyyat-kecirib-saxlanilanlar-var---vdeo-456546974.html
Polis Bakı kəndlərində əməliyyat keçirib, saxlanılanlar var - VİDEO
Polis Bakı kəndlərində əməliyyat keçirib, saxlanılanlar var - VİDEO
Sputnik Azərbaycan
İyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz... 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T12:23+0400
2023-07-06T12:23+0400
2023-07-06T12:23+0400
polis
paytaxt xəbərləri
narkotik
bakı
maştağa
nardaran
ramana
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198323_287:0:3928:2048_1920x0_80_0_0_94c2fd76b74bfe4db25f321005a4f550.jpg
BAKI, 6 iyul — Sputnik. Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib. Qeyd edilib ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
nardaran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198323_742:0:3473:2048_1920x0_80_0_0_87e176c25837b99cc670485db2083ba5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, narkotik, bakı, maştağa, nardaran, ramana
polis, narkotik, bakı, maştağa, nardaran, ramana
Polis Bakı kəndlərində əməliyyat keçirib, saxlanılanlar var - VİDEO
İyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb.
BAKI, 6 iyul — Sputnik. Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.
Qeyd edilib ki, iyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.