https://sputnik.az/20230706/nato-terefinden-rusiyaya-qarsi-herbi-tehdidler-artir---patrusev-456567471.html
NATO tərəfindən Rusiyaya qarşı hərbi təhdidlər artır - Patruşev
NATO tərəfindən Rusiyaya qarşı hərbi təhdidlər artır - Patruşev
Sputnik Azərbaycan
Siyasətçinin sözlərinə görə, alyans qoşunlarının 2023-cü ilin iyununda keçirilən təlimləri NATO tərəfindən hərbi təhlükənin artdığının sübutu olub. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T17:00+0400
2023-07-06T17:00+0400
2023-07-06T17:36+0400
nikolay patruşev
rusiya
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2939:1654_1920x0_80_0_0_8a11dc5097b4f92a79c980aae2f1b36d.jpg
BAKI, 6 iyul — Sputnik. Şimali Atlantika Alyansı ölkələrindən hərbi təhdidlər yalnız artmaqdadır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Krasnodarda keçirilən görüşdə deyib. "Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi infrastrukturunun qurulması, kəşfiyyat fəaliyyətinin intensivləşməsi, Avropada taktiki nüvə silahlarının olması Rusiya üçün hərbi təhdidləri artırır", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib. Nikolay Patruşevin sözlərinə görə, alyans qoşunlarının 2023-cü ilin iyununda keçirilən təlimləri NATO tərəfindən hərbi təhlükənin artdığının sübutu olub. Bu təlimlərdə hərbçilər bütün şərq cinahı boyunca qüvvə və vasitələrin köçürülməsi planlarını tətbiq ediblər. Bu yaxınlarda Şurasının katibi bildirib ki, Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb, lakin "vəziyyəti ayıq şəkildə qiymətləndirə" bilmir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2731:2048_1920x0_80_0_0_08c5203c2d9c024c060b7461ec809f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikolay patruşev, nato
NATO tərəfindən Rusiyaya qarşı hərbi təhdidlər artır - Patruşev
17:00 06.07.2023 (Yenilənib: 17:36 06.07.2023) Siyasətçinin sözlərinə görə, alyans qoşunlarının 2023-cü ilin iyununda keçirilən təlimləri NATO tərəfindən hərbi təhlükənin artdığının sübutu olub.
BAKI, 6 iyul — Sputnik. Şimali Atlantika Alyansı ölkələrindən hərbi təhdidlər yalnız artmaqdadır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Krasnodarda keçirilən görüşdə deyib.
"Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi infrastrukturunun qurulması, kəşfiyyat fəaliyyətinin intensivləşməsi, Avropada taktiki nüvə silahlarının olması Rusiya üçün hərbi təhdidləri artırır", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Nikolay Patruşevin sözlərinə görə, alyans qoşunlarının 2023-cü ilin iyununda keçirilən təlimləri NATO tərəfindən hərbi təhlükənin artdığının sübutu olub. Bu təlimlərdə hərbçilər bütün şərq cinahı boyunca qüvvə və vasitələrin köçürülməsi planlarını tətbiq ediblər.
Bu yaxınlarda Şurasının katibi bildirib ki, Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb, lakin "vəziyyəti ayıq şəkildə qiymətləndirə" bilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.