https://sputnik.az/20230706/moskva-makronun-anti-azerbaycan-beyanatlarina-munasibet-bildirdi--456566689.html
Moskva Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirdi
Moskva Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirdi
Sputnik Azərbaycan
Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T17:14+0400
2023-07-06T17:14+0400
2023-07-06T17:38+0400
fransa
rusiya
moskva
mariya zaxarova
emmanuel makron
atət minsk qrupu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426351152_0:0:3072:1728_1920x0_80_0_0_1ea8d645730ce3bd6c072a6e5a237008.jpg
BAKI, 6 iyul — Sputnik. "Bizi çox az şey təəccübləndir. Lakin Fransa Prezidenti Makron hərdən buna nail olur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidenti Emmanuel Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Makronun iyunun 28-də Marsel şəhərində çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Baş naziri Nikol Paşinyana göstərdiyindən daha çox təzyiq göstərməsini bəyan etməsi Rusiyanı təəccübləndirib: "Prezident Makronun təvazökarlığı onun ancaq kişiliyinə uduzur. Biz əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Proses var, nəticə yoxdur. Mümkündür ki, o, ona görə bu haqda danışmayıb ki, heç kəs heç vaxt nəticələri görməyib. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir təsəvvür yoxdur". Zaxarovanın fikrincə, ATƏT-in Minsk Qrupunun dağılmasında Paris də rol oynayıb: "Ötən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransanın Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Parisin regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir. Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib. Bütün bunlar danışıqlar prosesinə nəinki müsbət təsir göstərməyib, əksinə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi də rolunu nüfuzdan salıb". (APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426351152_341:0:3072:2048_1920x0_80_0_0_a7b06ae94e339750e92c3c1765de9e8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, moskva, mariya zaxarova, emmanuel makron, atət minsk qrupu
fransa, moskva, mariya zaxarova, emmanuel makron, atət minsk qrupu
Moskva Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirdi
17:14 06.07.2023 (Yenilənib: 17:38 06.07.2023) Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib.
BAKI, 6 iyul — Sputnik. "Bizi çox az şey təəccübləndir. Lakin Fransa Prezidenti Makron hərdən buna nail olur".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidenti Emmanuel Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Makronun iyunun 28-də Marsel şəhərində çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Baş naziri Nikol Paşinyana göstərdiyindən daha çox təzyiq göstərməsini bəyan etməsi Rusiyanı təəccübləndirib: "Prezident Makronun təvazökarlığı onun ancaq kişiliyinə uduzur. Biz əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Proses var, nəticə yoxdur. Mümkündür ki, o, ona görə bu haqda danışmayıb ki, heç kəs heç vaxt nəticələri görməyib. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir təsəvvür yoxdur".
Zaxarovanın fikrincə, ATƏT-in Minsk Qrupunun dağılmasında Paris də rol oynayıb: "Ötən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransanın Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Parisin regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir.
Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib.
Bütün bunlar danışıqlar prosesinə nəinki müsbət təsir göstərməyib, əksinə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi də rolunu nüfuzdan salıb". (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.