https://sputnik.az/20230705/zelzelenin-episentri-baki-ola-bilermi-paytaxtin-seysmik-xeritesi-ne-vaxt-hazir-olacaq-456530358.html
Zəlzələnin episentri Bakı ola bilərmi? Paytaxtın seysmik xəritəsi nə vaxt hazır olacaq?
Zəlzələnin episentri Bakı ola bilərmi? Paytaxtın seysmik xəritəsi nə vaxt hazır olacaq?
Sputnik Azərbaycan
Zakir Eminov bildirib ki, Azərbaycanın geoloji xəritəsində textonik çatlar var. Onlar geoloji xəritədə qırmızı xətlərlə göstərilib. 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T19:10+0400
2023-07-05T19:10+0400
2023-07-05T21:01+0400
zəlzələ
paytaxt xəbərləri
episentr
bakı
https://cdnn1.img.sputnik.az/img/42225/63/422256355_0:120:3223:1933_1920x0_80_0_0_3efe639e8f4af7a5ecf401ed681bd2ab.jpg
BAKI, 5 iyul — Sputnik. "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyunun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. Q.Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verilib. O, Bakının seysmik mikrorayonlaşdırma xəritəsinin 1957-ci ildə hazırlandığını bildirib.Professor qeyd edib ki, 1993-cü ildə Spitakda baş verən zəlzələdən sonra 8 ballıq ərazilər 9 balla dəyişdirilib. 9 ballıq ərazilər isə olduğu kimi saxlanılıb. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır. Baş direktor bildirib ki, ölkəmizin ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu proses uzun çəkdiyindən başa çatmayıb.Q.Yetirmişli onu da bildirib ki, seysmik xəritə ərazilərin ümumi fon səviyyəsini müəyyən etməyə imkan verir. Onun sözlərinə görə, bu xəritənin hazırlanması üçün respublika üzrə tədqiqatlar aparılmalıdır.Xidmət rəhbərinin fikrincə, seysmik rayonlaşdırma xəritəsini yeniləmək vacibdir. Baş direktor onu da bildirib ki, köhnə xəritə hazırda tam yararlı deyil. Çünki, suxur və laylarda mütəmadi dəyişikliklər gedir:"Bakının seysmik rayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində də FHN ilə birgə iş aparılır. Bunun üçün cihazlar quraşdırılmalı, quyular qazılmalı, kəşfiyyat işləri aparılmalıdır. Bakının seysmik xəritəsinin hazırlanması çox güman ki, üç ilə hazır olar". AMEA-nın Coğrafiya İnstitutunun direktoru Zakir Eminov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Bakı şəhərinin zəlzələ rayonlaşdırılması xəritəsi yoxdur. Amma o vurğulayıb ki, bu Azərbaycanın zəlzələ xəritəsinin olmaması demək deyil.Z.Eminov iddia edir ki, indiyədək Bakının seysmik xəritəsi işlənilib hazırlanmayıb. İnstitut direktoru bildirib ki, Bakının seysmik xəritəsinin hazırlanması çətindir. Çünki, Bakı kiçik ərazidir. Bakı çökmə suxurları üzərindədir. Ona görə də, suxurlar zəlzələni "öldürür". Z.Eminov deyir ki, paytaxtın yamac olan hissələri zəlzələ baş verərsə, daha dağıdıcı fəsadlarla nəticələnə bilər. Onun sözlərinə görə, zəlzələ zamanı yamac hissələrdə sürüşmələr baş verdiyindən zəlzələnin dağıdıcı miqyası böyük olur. Direktor onu da bildirib ki, Azərbaycanın geoloji xəritəsində textonik çatlar var. Onlar geoloji xəritədə qırmızı xətlərlə göstərilib. Onun sözlərinə görə, zəlzələnin dağıdıcılığı onun gücündən çox dərinliyindən asılıdır. Həmsöhbətimiz bildirib ki, zəlzələnin nə vaxt baş verəcəyini söyləmək çətindir:Z.Eminov seysmik fonun bölgələr üzrə Şamaxı və onun ətrafında, Böyük Qafqazın cənub yamacında, Gəncə və onun ətrafında, Naxçıvanda Qapıcıq və ətrafında daha yüksək olduğunu bildirib. Alim qeyd edib ki, adıçəkilən yerlərdə zəlzələnin olma ehtimalı daha çoxdur. Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/63/422256355_0:0:2729:2047_1920x0_80_0_0_9dd60422eda7431dd953a9e3ce344b16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəlzələ, episentr, bakı
Zəlzələnin episentri Bakı ola bilərmi? Paytaxtın seysmik xəritəsi nə vaxt hazır olacaq?
19:10 05.07.2023 (Yenilənib: 21:01 05.07.2023) Zakir Eminov bildirib ki, Azərbaycanın geoloji xəritəsində textonik çatlar var. Onlar geoloji xəritədə qırmızı xətlərlə göstərilib.
BAKI, 5 iyul — Sputnik. "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyunun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Q.Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verilib. O, Bakının seysmik mikrorayonlaşdırma xəritəsinin 1957-ci ildə hazırlandığını bildirib.
Professor qeyd edib ki, 1993-cü ildə Spitakda baş verən zəlzələdən sonra 8 ballıq ərazilər 9 balla dəyişdirilib. 9 ballıq ərazilər isə olduğu kimi saxlanılıb. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.
Baş direktor bildirib ki, ölkəmizin ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu proses uzun çəkdiyindən başa çatmayıb.
Q.Yetirmişli onu da bildirib ki, seysmik xəritə ərazilərin ümumi fon səviyyəsini müəyyən etməyə imkan verir. Onun sözlərinə görə, bu xəritənin hazırlanması üçün respublika üzrə tədqiqatlar aparılmalıdır.
Xidmət rəhbərinin fikrincə, seysmik rayonlaşdırma xəritəsini yeniləmək vacibdir.
"Respublikanın ayrı-ayrı bölgələrinin hansı seysmik ballıq olduğunu müəyyən etmək üçün belə bir xəritəyə ehtiyac var. Bunun üçün ən azı dörd il vaxt lazımdır", - deyə Məkrəz rəhbəri bildirib.
Baş direktor onu da bildirib ki, köhnə xəritə hazırda tam yararlı deyil. Çünki, suxur və laylarda mütəmadi dəyişikliklər gedir:
"Bakının seysmik rayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində də FHN ilə birgə iş aparılır. Bunun üçün cihazlar quraşdırılmalı, quyular qazılmalı, kəşfiyyat işləri aparılmalıdır. Bakının seysmik xəritəsinin hazırlanması çox güman ki, üç ilə hazır olar".
AMEA-nın Coğrafiya İnstitutunun direktoru Zakir Eminov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Bakı şəhərinin zəlzələ rayonlaşdırılması xəritəsi yoxdur. Amma o vurğulayıb ki, bu Azərbaycanın zəlzələ xəritəsinin olmaması demək deyil.
Z.Eminov iddia edir ki, indiyədək Bakının seysmik xəritəsi işlənilib hazırlanmayıb.
İnstitut direktoru bildirib ki, Bakının seysmik xəritəsinin hazırlanması çətindir. Çünki, Bakı kiçik ərazidir. Bakı çökmə suxurları üzərindədir. Ona görə də, suxurlar zəlzələni "öldürür".
Z.Eminov deyir ki, paytaxtın yamac olan hissələri zəlzələ baş verərsə, daha dağıdıcı fəsadlarla nəticələnə bilər. Onun sözlərinə görə, zəlzələ zamanı yamac hissələrdə sürüşmələr baş verdiyindən zəlzələnin dağıdıcı miqyası böyük olur.
Direktor onu da bildirib ki, Azərbaycanın geoloji xəritəsində textonik çatlar var. Onlar geoloji xəritədə qırmızı xətlərlə göstərilib.
"Hər kəs o xəritəni açıb baxa bilər. Həmin çatlar Bakıdan keçmir. Ona görə də, zəlzələnin episentrinin Bakı şəhərinin mərkəz hissəsi olması çox azdır. Diqqət etsək görərik ki, baş verən zəlzələlərin episentri Bakıdan kənarda olur", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, zəlzələnin dağıdıcılığı onun gücündən çox dərinliyindən asılıdır.
Həmsöhbətimiz bildirib ki, zəlzələnin nə vaxt baş verəcəyini söyləmək çətindir:
"İndiyədək tarixdə heç kəs zəlzələdən əvvəlcədən xəbər verə bilməyib. Bizim neft quyularının dərinliyi üç-dörd kilometrdir. Zəlzələ isə yeirn 15-20 kilometrliyindən başlayır. Biz yerin 50 kilometrliyində hansı proseslərin getdiyini bilmərik. Azərbaycanda yüz ildə bir dəfə dağıdıcı zəlzələnin olma etimalı var".
Z.Eminov seysmik fonun bölgələr üzrə Şamaxı və onun ətrafında, Böyük Qafqazın cənub yamacında, Gəncə və onun ətrafında, Naxçıvanda Qapıcıq və ətrafında daha yüksək olduğunu bildirib. Alim qeyd edib ki, adıçəkilən yerlərdə zəlzələnin olma ehtimalı daha çoxdur.
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.