https://sputnik.az/20230705/xhe-aerokosmik-quvvelerin--modernlesdirilmesini-ve-yeniden-silahlanmasini-suretlendirir-456521227.html
XHƏ Aerokosmik Qüvvələrin modernləşdirilməsini və yenidən silahlanmasını sürətləndirir
XHƏ Aerokosmik Qüvvələrin modernləşdirilməsini və yenidən silahlanmasını sürətləndirir
Sputnik Azərbaycan
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, hərbi əməliyyatların şiddətli olması, həmçinin ABŞ və NATO-nun münaqişəyə cəlb olunması təbii... 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T17:06+0400
2023-07-05T17:06+0400
2023-07-05T17:06+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434640180_0:75:1988:1193_1920x0_80_0_0_78270583c7d60172ed6c90510a4b74d0.jpg
BAKI, 5 iyul — Sputnik. Sibir təyyarə istehsalçıları xüsusi hərbi əməliyyat (XHƏ) zamanı Rusiya Aerokosmik Qüvvələrinin (RAQ) ehtiyaclarına operativ cavab verir və ən yeni Su-30SM2, Su-35S və Su-57 qırıcılarının istehsalını artırır. Rusiyanın gücü Sibir tərəfindən hər mənada artır - Birləşmiş Aviasiya Korporasiyasının (BAK) İrkutsk aviasiya zavodu yeni Su-30SM2 çoxfunksiyalı qırıcıların daha bir partiyasını istehsal edib və onları Rusiya Müdafiə Nazirliyinə təhvil verib. Eyni zamanda, "Rostex" Dövlət Korporasiyasının direktor müavini Vladimir Artyakov qeyd edib: "Bu il çatdırılması planlaşdırılan bütün təyyarələr artıq yekun yığma sexində və ya uçuş sınaq bölməsindədir." İyunun sonunda "Rostec"in "Komsomolsk-na-Amure" aviasiya zavodu tərəfindən istehsal edilmiş 4++ nəslindən olan Su-35S qırıcılarının yeni partiyasını Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib. BAK-ın baş direktoru Yuri Slyusar vurğulayıb:Su-30SM2 qırıcılarının təzə partiyasına qayıdaraq qeyd etmək lazımdır ki, bu modifikasiya təkmilləşdirilmiş təyyarə radioelektron avadanlıq kompleksi və keyfiyyətcə fərqli döyüş imkanları əldə edib. Fazalı anten barmaqlığı ilə yeni radar sayəsində hava, yerüstü və dəniz hədəflərinin aşkarlanması, müəyyən edilməsi və məhv edilməsi diapazonu əhəmiyyətli dərəcədə artıb ki, bu yaxınlarda (modernləşdirilmədən əvvəl) Su-30SM üçün yüzlərlə kilometr təşkil edib. Yeni AL-41F-1S mühərriki (Su-35 qırıcısında olduğu kimi) uçuş performansını yaxşılaşdırıb, çəkmə qüvvəsini 16%-dək artırıb, Su-30SM2 üçün yanacağa qənaət və daha uzun uçuş müddətini təmin edib. Çəkmə ehtiyatı raket və bomba yükünü artırmağa imkan verir. Dəyişən çəkmə vektoru manevr edilə bilən hava döyüşlərində üstünlük təşkil edir. Təsadüfi deyil ki, ABŞ-ın ixtisaslaşmış "Military Watch" jurnalı Su-30SM2-nin dözümlülüyü, manevr qabiliyyəti və hədəfləri 400 km-lik vurma məsafəsi baxımından istənilən qərb qırıcısından xeyli üstün olduğunu bildirib. Nəşrin proqnozu: Rusiya Aerokosmik Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri Su-30SM2-nin yüzdən çox qırıcısını - mövcud Su-30SM parkına əlavə olaraq, tədricən modernləşdiriləcək 130-a yaxın maşın alacaq. Bu, Qərbi narahat edir.Hər şeydən əvvəl bu, döyüş üstünlüyüdürRusiya Aerokosmik Qüvvələri xüsusi hərbi əməliyyat zonasında demək olar ki, hər gün Ukrayna ordusunun obyektlərinə, operativ cəbhə xəttinin bütün dərinliyinə uzaqmənzilli silahlarla kütləvi yüksək dəqiqlikli zərbələr endirir. Qırıcının döyüş yükü 8 tona qədərdir. Təyyarədə güclü radioelektron müharibə sistemi var. Maksimum sürət - 2450 km/saat (Mach 2), kreyser sürəti isə - 2100 km/saatdır. Döyüş radiusu - 1500 km-dir. Tavan - 17300 m-dir. Ekipaj - iki nəfərdən ibarətdir. Bütün bu unikal keyfiyyətlər ağır Su-30SM qırıcısını Ukraynanın demilitarizasiyasının əvəzolunmaz alətə çevirir. XHƏ zonasında təkcə son sutka ərzində Ukrayna ordusunun üç Su-25 hücum təyyarəsi vurulub, 2022-ci il fevralın 24-dən isə düşmənin 690 təyyarəsi və helikopteri məhv edilib. Bu vəziyyətdə, 400 km-ə qədər uçuş məsafəsi olan R-37M hipersəsli hava-hava raketləri ilə "Su"lar çox uğur qazanıb. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi Ukrayna radarlarını və "Buk-M1" zenit kompleksini məhv edən Su-30SM və Su-35 döyüş təyyarələrinin görüntülərini nümayiş etdirib. Su-30SM2-nin ən yeni və daha təkmil modifikasiyası böyük həcmdə döyüş tapşırıqlarını gözləyir. Su-30SM qırıcıları Ermənistan, Əlcəzair, Belarus, Qazaxıstan, Malayziya və Myanma tərəfindən uğurla istifadə edilir. Qərbdə Rusiyanın Su-30SM təyyarəsi dünyanın ən təhlükəli qırıcılarının ilk beşliyinə daxil edilib. Bu yaxınlarda İtaliya Hərbi Hava Qüvvələrinin F-35 qırıcısının pilotu Baltik dənizi üzərindəki səmada Rusiyanın Su-30SM təyyarəsi və onun radioelektron döyüş texnikası ilə qarşılaşdıqdan sonra psixoloqun köməyinə ehtiyac duyub. İtalyalı zabit F-35 sistemlərinin bir hissəsinin sıradan çıxdığını deyib:"Global Firepower"in hərbi güc reytinqinə əsasən, Aerokosmik Qüvvələrin 4180-dən çox təyyarəsinə görə Rusiya Çin və Hindistanı (müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər) üstəliyərək ABŞ Hərbi Hava Qüvvələrindən sonra dünyada ikincidir. "Super Su" qırıcısı olan Su-30SM2, şübhəsiz ki, Rusiya Silahlı Qüvvələrinə güc qatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434640180_221:0:1988:1325_1920x0_80_0_0_1170710f9f9aa2c7046ec14b4694619b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, xüsusi hərbi əməliyyat
rusiya, xüsusi hərbi əməliyyat
XHƏ Aerokosmik Qüvvələrin modernləşdirilməsini və yenidən silahlanmasını sürətləndirir
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, hərbi əməliyyatların şiddətli olması, həmçinin ABŞ və NATO-nun münaqişəyə cəlb olunması təbii olaraq Rusiya ordusunun modernləşdirilməsini və yenidən silahlanmasını sürətləndirir.
BAKI, 5 iyul — Sputnik. Sibir təyyarə istehsalçıları xüsusi hərbi əməliyyat (XHƏ) zamanı Rusiya Aerokosmik Qüvvələrinin (RAQ) ehtiyaclarına operativ cavab verir və ən yeni Su-30SM2, Su-35S və Su-57 qırıcılarının istehsalını artırır.
Rusiyanın gücü Sibir tərəfindən hər mənada artır - Birləşmiş Aviasiya Korporasiyasının (BAK) İrkutsk aviasiya zavodu yeni Su-30SM2 çoxfunksiyalı qırıcıların daha bir partiyasını istehsal edib və onları Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Eyni zamanda, "Rostex" Dövlət Korporasiyasının direktor müavini Vladimir Artyakov qeyd edib: "Bu il çatdırılması planlaşdırılan bütün təyyarələr artıq yekun yığma sexində və ya uçuş sınaq bölməsindədir."
İyunun sonunda "Rostec"in "Komsomolsk-na-Amure" aviasiya zavodu tərəfindən istehsal edilmiş 4++ nəslindən olan Su-35S qırıcılarının yeni partiyasını Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib.
BAK-ın baş direktoru Yuri Slyusar vurğulayıb:
"Su-35 təyyarələrinin növbəti partiyaları istehsal olunur. Bundan əlavə, 2023-cü ildə Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil olan Su-57 qırıcılarının tədarük həcmi artacaq".
Su-30SM2 qırıcılarının təzə partiyasına qayıdaraq qeyd etmək lazımdır ki, bu modifikasiya təkmilləşdirilmiş təyyarə radioelektron avadanlıq kompleksi və keyfiyyətcə fərqli döyüş imkanları əldə edib.
Fazalı anten barmaqlığı ilə yeni radar sayəsində hava, yerüstü və dəniz hədəflərinin aşkarlanması, müəyyən edilməsi və məhv edilməsi diapazonu əhəmiyyətli dərəcədə artıb ki, bu yaxınlarda (modernləşdirilmədən əvvəl) Su-30SM üçün yüzlərlə kilometr təşkil edib.
Yeni AL-41F-1S mühərriki (Su-35 qırıcısında olduğu kimi) uçuş performansını yaxşılaşdırıb, çəkmə qüvvəsini 16%-dək artırıb, Su-30SM2 üçün yanacağa qənaət və daha uzun uçuş müddətini təmin edib.
Çəkmə ehtiyatı raket və bomba yükünü artırmağa imkan verir. Dəyişən çəkmə vektoru manevr edilə bilən hava döyüşlərində üstünlük təşkil edir. Təsadüfi deyil ki, ABŞ-ın ixtisaslaşmış "Military Watch" jurnalı Su-30SM2-nin dözümlülüyü, manevr qabiliyyəti və hədəfləri 400 km-lik vurma məsafəsi baxımından istənilən qərb qırıcısından xeyli üstün olduğunu bildirib.
Nəşrin proqnozu: Rusiya Aerokosmik Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri Su-30SM2-nin yüzdən çox qırıcısını - mövcud Su-30SM parkına əlavə olaraq, tədricən modernləşdiriləcək 130-a yaxın maşın alacaq. Bu, Qərbi narahat edir.
Hər şeydən əvvəl bu, döyüş üstünlüyüdür
Rusiya Aerokosmik Qüvvələri xüsusi hərbi əməliyyat zonasında demək olar ki, hər gün Ukrayna ordusunun obyektlərinə, operativ cəbhə xəttinin bütün dərinliyinə uzaqmənzilli silahlarla kütləvi yüksək dəqiqlikli zərbələr endirir.
Qırıcının döyüş yükü 8 tona qədərdir. Təyyarədə güclü radioelektron müharibə sistemi var. Maksimum sürət - 2450 km/saat (Mach 2), kreyser sürəti isə - 2100 km/saatdır. Döyüş radiusu - 1500 km-dir. Tavan - 17300 m-dir. Ekipaj - iki nəfərdən ibarətdir.
Bütün bu unikal keyfiyyətlər ağır Su-30SM qırıcısını Ukraynanın demilitarizasiyasının əvəzolunmaz alətə çevirir.
XHƏ zonasında təkcə son sutka ərzində Ukrayna ordusunun üç Su-25 hücum təyyarəsi vurulub, 2022-ci il fevralın 24-dən isə düşmənin 690 təyyarəsi və helikopteri məhv edilib. Bu vəziyyətdə, 400 km-ə qədər uçuş məsafəsi olan R-37M hipersəsli hava-hava raketləri ilə "Su"lar çox uğur qazanıb.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi Ukrayna radarlarını və "Buk-M1" zenit kompleksini məhv edən Su-30SM və Su-35 döyüş təyyarələrinin görüntülərini nümayiş etdirib. Su-30SM2-nin ən yeni və daha təkmil modifikasiyası böyük həcmdə döyüş tapşırıqlarını gözləyir.
Su-30SM qırıcıları Ermənistan, Əlcəzair, Belarus, Qazaxıstan, Malayziya və Myanma tərəfindən uğurla istifadə edilir.
Qərbdə Rusiyanın Su-30SM təyyarəsi dünyanın ən təhlükəli qırıcılarının ilk beşliyinə daxil edilib.
Bu yaxınlarda İtaliya Hərbi Hava Qüvvələrinin F-35 qırıcısının pilotu Baltik dənizi üzərindəki səmada Rusiyanın Su-30SM təyyarəsi və onun radioelektron döyüş texnikası ilə qarşılaşdıqdan sonra psixoloqun köməyinə ehtiyac duyub.
İtalyalı zabit F-35 sistemlərinin bir hissəsinin sıradan çıxdığını deyib:
"Mən həddindən artıq gərgin idim. Qorxudan pis hala düşdüm. Anladım ki, rusiyalı pilot mənim və təyyarəmin imkanlarını sınayır. İstər-istəməz göz yaşlarımı saxlaya bilmədim".
"Global Firepower"in hərbi güc reytinqinə əsasən, Aerokosmik Qüvvələrin 4180-dən çox təyyarəsinə görə Rusiya Çin və Hindistanı (müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər) üstəliyərək ABŞ Hərbi Hava Qüvvələrindən sonra dünyada ikincidir.
"Super Su" qırıcısı olan Su-30SM2, şübhəsiz ki, Rusiya Silahlı Qüvvələrinə güc qatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.