https://sputnik.az/20230705/volodin-makron-fransani-ozunumehvetme-proseslerine-baslamasina-getirib-456515120.html
Volodin: Makron Fransanı özünüməhvetmə proseslərinə başlamasına gətirib
Volodin: Makron Fransanı özünüməhvetmə proseslərinə başlamasına gətirib
Sputnik Azərbaycan
17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən... 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T15:18+0400
2023-07-05T15:18+0400
2023-07-05T15:18+0400
fransa
rusiya
vyaçeslav volodin
emmanuel makron
prezident emmanuel makron
dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388349_0:160:3072:1888_1920x0_80_0_0_6b6497c35b69acf5f4a0e4cbe9692ecd.jpg
BAKI, 5 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun yeritdiyi siyasət ölkədə özünüməhv proseslərinin başlamasına səbəb olub. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. "Ölkə vətəndaş müharibəsinin astanasındadır. ...Makron öz hərəkətləri ilə bir vaxtlar güclü və sabit olan dövlətin özünü məhv etmə proseslərinə başlamasına gətirib çıxarıb", - Rusiya parlamentinin aşağı palatasının sədri özünün "Telegram" kanalında belə yazıb. O, Fransanın siyasi sistemində qeyri-sabitliyin artmasını həmkarlar ittifaqlarının rolunun azalması və "siyasi monopoliyaya" can atan Makronun hərəkətləri nəticəsində partiya sisteminin zəifləməsi ilə əlaqələndirib. Volodin Fransa prezidentinin qollistləri və sosialistləri "siyasi sahədən sıxışdırmasını" xatırladıb. "Bu ona gətirib çıxarıb ki, problemlər parlamentin divarları arasında deyil, küçədə müzakirə olunmağa başlayıb. Hakimiyyətdə öz nümayəndələrini görməyən insanlar öz maraqlarını tamam başqa üsullarla müdafiə etməyə başlayıblar", - deyə siyasətçi yazıb. Volodin Fransada vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırıb. Xatırladaq ki, 17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən artıqdır davam edən iğtişaşlara səbəb olub. Ölkənin on kommunasında iğtişaşlarla əlaqədar komendant saatı tətbiq etmək qərarına gəliblər. Onlara qarşı mübarizəyə 45 minə yaxın polis əməkdaşının cəlb olunması planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388349_171:0:2902:2048_1920x0_80_0_0_3e4fa09c3feb68b2d326c6e3d80b8605.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, vyaçeslav volodin, emmanuel makron, prezident emmanuel makron, dövlət duması
fransa, vyaçeslav volodin, emmanuel makron, prezident emmanuel makron, dövlət duması
Volodin: Makron Fransanı özünüməhvetmə proseslərinə başlamasına gətirib
17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən artıqdır davam edən iğtişaşlara səbəb olub.
BAKI, 5 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun yeritdiyi siyasət ölkədə özünüməhv proseslərinin başlamasına səbəb olub.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Ölkə vətəndaş müharibəsinin astanasındadır. ...Makron öz hərəkətləri ilə bir vaxtlar güclü və sabit olan dövlətin özünü məhv etmə proseslərinə başlamasına gətirib çıxarıb", - Rusiya parlamentinin aşağı palatasının sədri özünün "Telegram" kanalında belə yazıb.
O, Fransanın siyasi sistemində qeyri-sabitliyin artmasını həmkarlar ittifaqlarının rolunun azalması və "siyasi monopoliyaya" can atan Makronun hərəkətləri nəticəsində partiya sisteminin zəifləməsi ilə əlaqələndirib. Volodin Fransa prezidentinin qollistləri və sosialistləri "siyasi sahədən sıxışdırmasını" xatırladıb.
"Bu ona gətirib çıxarıb ki, problemlər parlamentin divarları arasında deyil, küçədə müzakirə olunmağa başlayıb. Hakimiyyətdə öz nümayəndələrini görməyən insanlar öz maraqlarını tamam başqa üsullarla müdafiə etməyə başlayıblar", - deyə siyasətçi yazıb.
Volodin Fransada vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, 17 yaşlı yeniyetmənin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə tabe olmaqdan boyun qaçıran polis tərəfindən qətlə yetirilməsi Fransada bir həftədən artıqdır davam edən iğtişaşlara səbəb olub. Ölkənin on kommunasında iğtişaşlarla əlaqədar komendant saatı tətbiq etmək qərarına gəliblər. Onlara qarşı mübarizəyə 45 minə yaxın polis əməkdaşının cəlb olunması planlaşdırılır.