https://sputnik.az/20230705/tataristanda-fovqelade-veziyyet-rejimi-tetbiq-olunub-456514334.html
Tatarıstanda fövqəladə vəziyyət rejimi tətbiq olunub
Tatarıstanda fövqəladə vəziyyət rejimi tətbiq olunub
Sputnik Azərbaycan
Fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə bağlı Tatarıstanın rəisi Rüstəm Minnixanov müvafiq əmr imzalayıb. 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T21:20+0400
2023-07-05T21:20+0400
2023-07-05T21:20+0400
fövqəladə
rusiya
vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1d/445465132_0:161:3071:1888_1920x0_80_0_0_9109657af0f875deed264babc736e0b0.jpg
BAKI, 5 iyul — Sputnik. Rusiya Federasiasının Tatarıstan Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib. Torpaq quraqlığı ilə əlaqədar Tatarıstan hakimiyyəti respublika ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib. Fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə bağlı Tatarıstanın rəisi Rüstəm Minnixanov müvafiq əmr imzalayıb. Sənədə əsasən, fövqəladə vəziyyət rejimi respublikanın bütün 43 rayonunda tətbiq olunub. Bələdiyyələrin rəhbərlərinə tövsiyə olunur ki, fövqəladə vəziyyətin tətbiqi barədə KİV vasitəsilə əhaliyə məlumat versinlər, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə işçi qrupların və komissiyaların tərkibini müəyyən etsinlər (APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1d/445465132_170:0:2901:2048_1920x0_80_0_0_96f363afd07fced1c786418f8a3a1780.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fövqəladə, vəziyyət
Tatarıstanda fövqəladə vəziyyət rejimi tətbiq olunub
Fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə bağlı Tatarıstanın rəisi Rüstəm Minnixanov müvafiq əmr imzalayıb.
BAKI, 5 iyul — Sputnik. Rusiya Federasiasının Tatarıstan Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Torpaq quraqlığı ilə əlaqədar Tatarıstan hakimiyyəti respublika ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Fövqəladə vəziyyət rejiminin tətbiq olunması ilə bağlı Tatarıstanın rəisi Rüstəm Minnixanov müvafiq əmr imzalayıb.
"Kənd təsərrüfatı bitkilərinin tələf olmasına səbəb olan təbii fəlakətlər kompleksi (şaxta, quru küləklər, torpaq quraqlığı) nəticəsində ərzaq təhlükəsizliyinə təhdidin və fövqəladə halların qarşısının alınması məqsədi ilə 3 iyul 2023-cü il tarixindən növbəti xəbərdarlığa qədər fövqəladə vəziyyət elan edilsin və regional cavab tədbirləri həyata keçirilsin", - deyə Minnixanovun əmrində deyilir.
Sənədə əsasən, fövqəladə vəziyyət rejimi respublikanın bütün 43 rayonunda tətbiq olunub. Bələdiyyələrin rəhbərlərinə tövsiyə olunur ki, fövqəladə vəziyyətin tətbiqi barədə KİV vasitəsilə əhaliyə məlumat versinlər, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə işçi qrupların və komissiyaların tərkibini müəyyən etsinlər (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.