Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Növbəti il keçiriləcək Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

© Sputnik / Murad OrujovFormula-1 üzrə Azərbaycan Qran-prisi
Formula-1 üzrə Azərbaycan Qran-prisi - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək.
BAKI, 5 iyul — Sputnik. "Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.
Yarışın rəsmi saytında açıqlanan xəbərə görə, Bakının ev sahibliyi edəcəyi mərhələ 13-15 sentyabrda təşkil olunacaq.
Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabr ayına təsadüf edəcək.
Xatırladaq ki, cari ilin aprelin 28-də Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0