Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynanın ona göndərilən texnikanı itirməsi Qərbi məyus edib

© Sputnik / РИА НовостиUkrayna ordusunun məhv edilmiş hərbi texnikası
Ukrayna ordusunun məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Qərb dövlətləri ümid edirdilər ki, Ukraynaya verdikləri tanklar və zirehli transportyorlarından istifadə mühüm uğur qazanmağa imkan yaradacaq.
BAKI, 3 iyul — Sputnik. Ukraynanın ona göndərilən texnikanı itirməsi Qərbi məyus edib.
"Berliner Zeitung"un köşə yazarı Frans Bekki bu barədə yazıb.
"Qərb dövlətləri böyük gözləntilərlə Ukraynanı tanklar və zirehli transportyorlarla təchiz ediblər. Onlar ümid edirdilər ki, bu döyüş maşınlarından istifadə mühüm uğur qazanmağa imkan yaradacaq. Ukraynanın yay hücumunun başlamasından, təxminən bir ay sonra isə məyusluq yarandı", - deyə müəllif qeyd edib.
O, həmçinin vurğulayıb ki, Kiyev rejiminə dəstək Berlinə çoxlu pul bahasına başa gəlib. Almaniya 2023-cü ildə Ukraynaya hərbi dəstək vermək üçün, təxminən 5,5 milyard avro ayırıb. 2022-ci ildə bu məbləğ 2 milyard avro idi.
Bundan əvvəl İsveçrə hökuməti İsveçrənin dövlət müdafiə şirkəti olan "Ruag"ın Almaniyanın "Rheinmetall" konserninə sonradan Kiyevə təhvil verilməli olan 96 ədəd "Leopard 1" tankını satmaq barədə müraciətini rədd edib.
Həmçinin məlum olub ki, Almaniya Ukraynaya Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı zərbələr üçün onlardan istifadə etməməsindən ötrü "Taurus" uzaqmənzilli qanadlı raketləri verməyəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0