https://sputnik.az/20230703/rusiya-ve-belarus-cox-ciddi-xarici-tehdidlerle-uzlesirler---putin-456445732.html
Rusiya və Belarus çox ciddi xarici təhdidlərlə üzləşirlər - Putin
Rusiya və Belarus çox ciddi xarici təhdidlərlə üzləşirlər - Putin
Sputnik Azərbaycan
Ağır müharibə illərində yaranan qardaşlıq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı təməl olaraq qalır. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T12:51+0400
2023-07-03T12:51+0400
2023-07-03T12:51+0400
rusiya prezidenti vladimir putin
rusiya
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e7/07/03/456445563_0:0:3072:1728_1920x0_80_0_0_d00a7de43e01b0839d1bfe82450ece96.jpg
BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. "Ağır müharibə illərində yaranan qardaşlıq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı təməl olaraq qalır. Bu, ölkələrimizin birlikdə çox ciddi xarici təhdid və çağırışlarla üz-üzə qaldığı bu gün tam təsdiqini tapır", - Rusiya dövlətinin başçısının məktubunda deyilir. Putin həmçinin qeyd edib ki, bu bayram təkcə belaruslular üçün deyil, həm də rusiyalılar üçün vacibdir, çünki bu, iki dövlətin ümumi tarixində əlamətdar hadisə - Minskin nasist işğalçılarından azad edilməsi ilə bağlıdır. Rusiya Federasiyasının Prezidenti əmin olduğunu bildirib ki, konstruktiv ikitərəfli əlaqələr qurmaq və İttifaq dövləti institutlarını gücləndirməklə Rusiya və Belarus dünya arenasında istənilən çətinlikləri dəf edə və qanuni maraqlarını müdafiə edə biləcəklər. Putin Lukaşenkoya cansağlığı və uğurlar, "qardaş Belarus xalqına isə xoşbəxtlik və firavanlıq" arzulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/03/456445563_341:0:3072:2048_1920x0_80_0_0_655359440821002dbdbec0c631cd494a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko
rusiya prezidenti vladimir putin, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko
Rusiya və Belarus çox ciddi xarici təhdidlərlə üzləşirlər - Putin
Ağır müharibə illərində yaranan qardaşlıq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı təməl olaraq qalır.
BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ağır müharibə illərində yaranan qardaşlıq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı təməl olaraq qalır. Bu, ölkələrimizin birlikdə çox ciddi xarici təhdid və çağırışlarla üz-üzə qaldığı bu gün tam təsdiqini tapır", - Rusiya dövlətinin başçısının məktubunda deyilir.
Putin həmçinin qeyd edib ki, bu bayram təkcə belaruslular üçün deyil, həm də rusiyalılar üçün vacibdir, çünki bu, iki dövlətin ümumi tarixində əlamətdar hadisə - Minskin nasist işğalçılarından azad edilməsi ilə bağlıdır.
Rusiya Federasiyasının Prezidenti əmin olduğunu bildirib ki, konstruktiv ikitərəfli əlaqələr qurmaq və İttifaq dövləti institutlarını gücləndirməklə Rusiya və Belarus dünya arenasında istənilən çətinlikləri dəf edə və qanuni maraqlarını müdafiə edə biləcəklər.
Putin Lukaşenkoya cansağlığı və uğurlar, "qardaş Belarus xalqına isə xoşbəxtlik və firavanlıq" arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.