https://sputnik.az/20230701/xususi-numayendesi-qarabagda-hansi-sahelerde-kadrlara-ehtiyac-oldugunu-aciqlayib-456410611.html
Xüsusi nümayəndə Qarabağda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb
Xüsusi nümayəndə Qarabağda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb
Sputnik Azərbaycan
Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T14:29+0400
2023-07-01T14:29+0400
2023-07-01T17:59+0400
qarabağ
şərqi zəngəzur iqtisadi rayonu
emin hüseynov
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413145_26:0:1030:565_1920x0_80_0_0_bfcae46133da452f5390125f1091a870.jpg
BAKI, 1 iyul - Sputnik. "Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir"."Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır."Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413145_247:0:1000:565_1920x0_80_0_0_7cada9eb9fd2b3ab17c46e08339595e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şərqi zəngəzur iqtisadi rayonu, emin hüseynov
şərqi zəngəzur iqtisadi rayonu, emin hüseynov
Xüsusi nümayəndə Qarabağda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb
14:29 01.07.2023 (Yenilənib: 17:59 01.07.2023) Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.
BAKI, 1 iyul - Sputnik. "Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir".
"Report" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".
E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.
O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır.
"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.