https://sputnik.az/20230701/wsj-hucum-zamani-usq-rusiya-qosunlarinin-hazirliginin-miqyasindan-soka-dusub-456402101.html
WSJ: Hücum zamanı USQ Rusiya qoşunlarının hazırlığının miqyasından şoka düşüb
WSJ: Hücum zamanı USQ Rusiya qoşunlarının hazırlığının miqyasından şoka düşüb
Sputnik Azərbaycan
USQ-nin serjantı etiraf edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələri ciddi müdafiə sistemi qurub. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T08:03+0400
2023-07-01T08:03+0400
2023-07-01T08:03+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
silahlı qüvvələr
ukrayna
əks-hücum
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489893_0:83:3348:1966_1920x0_80_0_0_444db47b63f02585be30808b3482cda2.jpg
BAKI, 1 iyul - Sputnik. Hazırkı hücum zamanı Ukrayna qoşunları Rusiya müdafiə xəttinin hazırlığının miqyasından "şoka düşüblər". Bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanı serjant Georgi Volkov ABŞ-ın “Wall Street Journal” nəşrinə müsahibəsində etiraf edib. "Bu ayın əvvəlində yerüstü hücum başlayanda ukraynalılar Rusiyanın müdafiəsinin miqyasından bir növ şoka düşüblər", - deyə hərbçi bildirib. Məqalədə həmçinin qeyd olunub ki, Rusiya ordusu tanklar və digər texnikalar üçün betonla möhkəmləndirilmiş xəndəklər və sığınacaqlar, eləcə də istənilən hava şəraitinə hazırlanmış təkmil təchizat sistemi ilə ən azı üç müdafiə sərhədi qurub. "Bunlar sadə şeylərdir, ancaq hamısını bir yerə toplasaq, böyük bir müdafiə sistemi ortaya çıxır", - deyə ukraynalı əsgər etiraf edib. Ukrayna ordusunun sabiq generalı Sergey Krivonos bu yaxınlarda qeyd edib ki, Prezident Zelenskinin Rusiya ordusunu qiymətləndirməməsi səbəbindən döyüş təmas xətti tezliklə Kiyev yaxınlığında ola bilər. Onun sözlərinə görə, Kiyev indiki münaqişədə məğlubiyyətə uğrayacaq, çünki o, yalnız “USQ hücumunun piarı” ilə məşğul olub, Rusiya ordusu isə fəal şəkildə güc toplayır və yeni ərazilərdə möhkəmlənir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489893_309:0:3040:2048_1920x0_80_0_0_a52a1fc5bb0ce0d69ae153db28e5218e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, silahlı qüvvələr, ukrayna, əks-hücum
rusiya, silahlı qüvvələr, ukrayna, əks-hücum
WSJ: Hücum zamanı USQ Rusiya qoşunlarının hazırlığının miqyasından şoka düşüb
USQ-nin serjantı etiraf edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələri ciddi müdafiə sistemi qurub.
BAKI, 1 iyul - Sputnik. Hazırkı hücum zamanı Ukrayna qoşunları Rusiya müdafiə xəttinin hazırlığının miqyasından "şoka düşüblər".
Bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanı serjant Georgi Volkov ABŞ-ın “Wall Street Journal” nəşrinə müsahibəsində etiraf edib.
"Bu ayın əvvəlində yerüstü hücum başlayanda ukraynalılar Rusiyanın müdafiəsinin miqyasından bir növ şoka düşüblər", - deyə hərbçi bildirib.
Məqalədə həmçinin qeyd olunub ki, Rusiya ordusu tanklar və digər texnikalar üçün betonla möhkəmləndirilmiş xəndəklər və sığınacaqlar, eləcə də istənilən hava şəraitinə hazırlanmış təkmil təchizat sistemi ilə ən azı üç müdafiə sərhədi qurub.
"Bunlar sadə şeylərdir, ancaq hamısını bir yerə toplasaq, böyük bir müdafiə sistemi ortaya çıxır", - deyə ukraynalı əsgər etiraf edib.
Ukrayna ordusunun sabiq generalı Sergey Krivonos bu yaxınlarda qeyd edib ki, Prezident Zelenskinin Rusiya ordusunu qiymətləndirməməsi səbəbindən döyüş təmas xətti tezliklə Kiyev yaxınlığında ola bilər. Onun sözlərinə görə, Kiyev indiki münaqişədə məğlubiyyətə uğrayacaq, çünki o, yalnız “USQ hücumunun piarı” ilə məşğul olub, Rusiya ordusu isə fəal şəkildə güc toplayır və yeni ərazilərdə möhkəmlənir.