https://sputnik.az/20230701/rusiya-mudafie-nazirliyi-vaqnerin-tabeliyindeki-sirketle-muqavileye-xitam-verib-456420597.html
Rusiya Müdafiə Nazirliyi "Vaqner"in tabeliyindəki şirkətlə müqaviləyə xitam verib
Rusiya Müdafiə Nazirliyi "Vaqner"in tabeliyindəki şirkətlə müqaviləyə xitam verib
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi şirkət arasında əməkdaşlığın dayandırılmasının səbəbi açıqlanmayıb. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T19:15+0400
2023-07-01T19:15+0400
2023-07-01T19:15+0400
rusiya
baş prokurorluq
yevgeni priqojin
"vaqner" qruplaşması
aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_0:0:3239:1822_1920x0_80_0_0_68f615049c999cfd12351a2997cd6ca6.jpg
BAKI, 1 iyun - Sputnik. Rusiya Müdafiə Nazirliyi “Vaqner” Xüsusi Hərbi Şirkətinin tabeliyində fəaliyyət göstərən “Concord” şirkəti ilə müqaviləyə xitam verib.Qeyd edək ki, “Concord” Rusiya ordusunun ərzaq təminatını həyata keçirirdi.Nazirlikdə şirkət arasında əməkdaşlığın dayandırılmasının səbəbi açıqlanmayıb.Qeyd edək ki, Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.Xatırladaq ki, iyunun 24-də "Vaqner" Xüsusi Hərbi Şirkətinin nümayəndələri silahlı üsyana cəhd təşkil ediblər. Münaqişənin deeskalasiyasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ÖHŞ-in rəhbəri Yevgeni Priqojin arasında aparılan danışıqlar nəticəsində əldə olunub. Nəticədə Priqojin "Vaqner" dəstələrini Rostov-na-Donudan çəkərək öz qərargahına dönüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_205:0:2934:2047_1920x0_80_0_0_81c6fc9871494ad17d29981f0761d377.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, yevgeni priqojin, "vaqner" qruplaşması, aleksandr lukaşenko
baş prokurorluq, yevgeni priqojin, "vaqner" qruplaşması, aleksandr lukaşenko
Rusiya Müdafiə Nazirliyi "Vaqner"in tabeliyindəki şirkətlə müqaviləyə xitam verib
Rusiya Müdafiə Nazirliyi şirkət arasında əməkdaşlığın dayandırılmasının səbəbi açıqlanmayıb.
BAKI, 1 iyun - Sputnik. Rusiya Müdafiə Nazirliyi “Vaqner” Xüsusi Hərbi Şirkətinin tabeliyində fəaliyyət göstərən “Concord” şirkəti ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, “Concord” Rusiya ordusunun ərzaq təminatını həyata keçirirdi.
Nazirlikdə şirkət arasında əməkdaşlığın dayandırılmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Xüsusi Hərbi Şirkətinin nümayəndələri silahlı üsyana cəhd təşkil ediblər. Münaqişənin deeskalasiyasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ÖHŞ-in rəhbəri Yevgeni Priqojin arasında aparılan danışıqlar nəticəsində əldə olunub. Nəticədə Priqojin "Vaqner" dəstələrini Rostov-na-Donudan çəkərək öz qərargahına dönüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.