Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən xəbərdarlıq: Ukrayna terror aktı hazırlayır

© Sputnik / Максим БлиновЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Mariya Zaxarova qeyd edib ki, Kiyevdə radiasiyanın ölçülməsi üçün əlavə qurğular quraşdırılıb.
BAKI, 30 iyun - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zaporojye Atom Elektrik Stansiyasında (AES) qəza baş verəcəyi təqdirdə bir sıra regionlarda keçirilən təlimlər fonunda Ukrayna tərəfindən terror aktlarının mümkün hazırlaması barədə xəbərdarlıq edib.
Bu barədə Rusiya mediası Rusiya XİN-in rəsmi nümayəndəsinin “Telegram”da qeyd etdiklərinə istinadən xəbər verib.
O, həmçinin xatırladıb ki, Kiyevdə radiasiyanın ölçülməsi üçün əlavə qurğular quraşdırılıb.
“Kiyev hakimiyyəti növbəti terror aktı törətməyə hazırlaşır”, - deyə Zaxarova yazıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu yaxınlarda Ukraynaya tədarük edilən tükənmiş uran sursatlarının məhv edilməsindən sonra yaranan radioaktiv buludun Qərbi Avropaya doğru irəlilədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0