Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Prokurorluq: "Bakıda çoxmərtəbəli binada liftin qırılması ilə bağlı araşdırma aparılır"

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
BAKI, 30 iyun - Sputnik. Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.
"Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - Baş Prokurorluqdan bildirilib.
Liftlərin sıradan çıxmasında sakinlərin da günahı az deyil - Sputnik Azərbaycan, 1920, 30.06.2023
HADİSƏ
Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var
Xəbər lenti
0